Dövlət Agentliyində daşıma xidmətlərilə görüş keçirilib
Daşıma xidmətlərini həyata keçirən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Maarifləndirici görüşdə istehlakçı hüquqlarının qorunması sahəsində sahibkarların öhdəlikləri diqqətə çatdırılıb, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələbləri istiqamətində müzakirələr aparılıb.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində daşıma xidmətləri sahəsində istehlakçı hüquqlarının cari vəziyyəti və mövcud problemlərin müzakirəsi məqsədilə bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə növbəti maarifləndirici görüş keçirilib.
Görüş zamanı sahibkarlara istehlakçılardan daxil olmuş müraciətlər, ən çox şikayət olunan sahələr üzrə aparılan təhlillər və araşdırmalar barədə ətraflı məlumat verilib. Sözügedən sahədə mövcud problemlərin aradan qaldırılmasının ən effektiv yolu kimi dövlət-özəl tərəfdaşlığı çərçivəsində sahibkarlarla qarşılıqlı əməkdaşlığa üstünlük verildiyi vurğulanıb.
Tədbir zamanı istehlakçılara təqdim olunan xidmətlərin, xüsusilə də daşıma tariflərinin qiymətlərinin manatla göstərilməsi, daşıma haqlarının hesablanması qaydası barədə istehlakçılara dəqiq və düzgün məlumatların verilməsi, təhvil məntəqələrində bağlamaların ölçü və çəkisinin müəyyən edilməsi məqsədilə standartlara uyğun nəzarət-ölçmə vasitələrinin yerləşdirilməsi, istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsinin yolverilməzliyi, eyni zamanda istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirilməsinin zəruriliyi sahibkarların diqqətinə çatdırılıb.
Görüş çərçivəsində daşıma xidmətləri sahəsində mövcud olan çatışmazlıqlar, istehlakçıların üzləşdiyi əsas problemlər və onların həlli yolları ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb və praktiki məsələlərə dair tövsiyələr verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 17 d. əvvəl
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb



























