May ayında qlobal ərzaq qiymətləri azalıb
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) may ayında qlobal ərzaq qiymətlərinin taxıl və şəkərin qiymətlərinin düşməsi nəticəsində 0,8 faiz düşdüyünü bildirib.Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı açıqlamaya görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO-nun Ərzaq Qiymətləri İndeksi may ayında əvvəlki ayla müqayisədə 0,8 faiz azalaraq 127,7 bənd təşkil edib.
Qeyd edək ki, indeks Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 2022-ci ilin martında özünün rekord səviyyəsindən 20 faiz aşağıdır.
Marja.az FAO-nun açıqlamasına istinadən xəbər verir ki, qlobal ərzaq qiymətləri indeksi may ayında taxıl və şəkərin qiymətlərinin düşməsilə əlaqədar azalıb.
Bitki Yağı Qiyməti İndeksi Cənub-Şərqi Asiyada mövsümi istehsal və ehtiyat artımı səbəbiylə aylıq müqayisədə 3,7 faiz azalsa da, indeks əvvəlki ilin səviyyəsindən 19,1 faiz yuxarı qalıb.
Taxıl Qiymətləri İndeksi qlobal qarğıdalı qiymətlərinin kəskin azalması səbəbindən aylıq 1,8 faiz, illik isə 8,2 faiz azalıb.
Argentina və Braziliyada güclü məhsul və bol tədarük, eləcə də ABŞ-da rekord məhsul gözləntiləri qiymətlərə təsir edib. Qlobal tələbin zəifləməsi və şimal yarımkürəsində məhsul şəraitinin yaxşılaşması səbəbindən buğda qiymətləri aşağı düşüb.
Bunun əksinə olaraq, düyü qiymətləri güclü tələb və məzənnə dəyişikliyi ilə 1,4 faiz artıb.
Şəkər Qiyməti İndeksi qeyri-müəyyən qlobal iqtisadi mənzərə, qida və içki sənayesindən zəif tələb səbəbiylə ardıcıl üçüncü aylıq enişlə 2,6 faiz azalıb. İllik müqayisədə indeks 6,6 faiz azalıb.
Eyni dövrdə FAO Süd Məhsullarının Qiymətləri İndeksi Asiyadan gələn güclü tələb ilə əlaqədar olaraq 0,8 faiz artıb. Kərə yağının qiyməti tarixi ən yüksək həddə qalıb.
"Beynəlxalq kərə yağının qiymətləri, Avstraliyada yüksək süd tədarükü fonunda Asiya və Yaxın Şərqdən artan güclü tələbin təsiri ilə tarixi ən yüksək səviyyələrdə qalıb. Bununla belə, Avropa İttifaqından yağa tələbatın azalması qiymət artımlarını məhdudlaşdırıb", - FAO-nun bəyanatında deyilir.
Ət Qiyməti İndeksi də may ayında 1,3 faiz artıb, qlobal mal-qara ətinin qiymətləri güclü qlobal tələb və əsas istehsalçı ölkələrdə məhdud ixrac edilə bilən təklif səbəbindən bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
21 d. əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
-
34 d. əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
1 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
1 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)
.jpg)





.jpg)












