Türkiyə Mərkəz Bankı faiz qərarını açıqladı!
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) iyun ayı üzrə faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, Bank uçot dərəcəsini dəyişməyərək 46 faiz səviyyəsində saxlayıb.
Bankın İdarə Heyəti Mərkəzi Bankın bir gecəlik borcvermə dərəcəsini 49 faiz, bir gecəlik borclanma faizini isə 44,5 faiz səviyyəsində saxlayıb.
İqtisadçılar da TCMB-nin faizini 46 faiz səviyyəsində sabit saxlayacağını gözləyirdilər.
TCMB aprel ayında uçot dərəcəsini 42,5 faizdən 46 faizə qaldırmağa qərar vermişdi. İdarə Heyəti bir gecəlik borcvermə faizini 46 faizdən 49 faizə, bir gecəlik borclanma faizini isə 41 faizdən 44,5 faizə qaldırmışdı.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) əsas faiz dərəcəsi və faiz dəhlizində heç bir dəyişiklik etməsə də, inflyasiyanın və tələbin əsas meylinin azaldığına diqqət çəkib. Bank “İnflyasiyanın əhəmiyyətli və qalıcı şəkildə pisləşməsi halında” atılacaq addımlarla bağlı qərar mətnində də dəyişiklik edib.
Qərar mətnində inflyasiyanın əsas meylinin may ayında azaldığı bildirilib, aparıcı məlumatların əsas tendensiyanın iyun ayında da davam etdiyinə işarə etdiyi qeyd edilib.
İkinci rübün məlumatlarının daxili tələbin yavaşladığını göstərdiyi vurğulansa da, geosiyasi proseslərin və qlobal ticarətdə artan proteksionizmin inflyasiya prosesinə mümkün təsirlərinin də yaxından izləndiyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















