Dollar ucuzlaşır, qızıl bahalaşır
Qızılın qiyməti dolların zəifləməsi ilə əlaqədar olaraq yüksəlib. İnvestorlar İsrail-İran gərginliyinin müharibəyə çevrilməyəcəyini və FED-in faiz dərəcəsi yolunda daha çox əminlik gözləyirlər.
Marja xəbər verir ki, qızıl, zəifləyən dollardan faydalanaraq Çərşənbə günü bir qədər yüksək qiymət ilə bağlandıqdan sonra Bakı vaxtı ilə saat 11:50-də 0,5% bahalaşma ilə 3347 dollara ticarət olunub. Dollar İndeksi də 0,5% azalaraq 97.253-ə düşüb. Zəif dollar qızılı bir çox alıcılar üçün ucuzlaşdırır. Digər qiymətli metallarda da artım müşahidə olunub. Palladium 5 faizdən çox bahalaşdıqdan sonra qazanclarının bir hissəsini geri qaytarıb, platin isə 3 faiz artaraq on ilin ən yüksək səviyyəsinə çatıb.
ABŞ prezidenti Donald Tramp ABŞ və İran rəsmilərinin gələn həftə görüşəcəyini və İsraillə Tehran arasındakı münaqişənin faktiki olaraq bitdiyini deyib.
FED sədri Jerome Powell, mərkəzi bankın hələ də Trampın tarif siyasətinin istehlak qiymətlərinə təsirini müəyyən etmək üçün mübarizə apardığını söyləyib. İnflyasiyanın aşağı səviyyədə qaldığına dair işarələr mərkəzi bankı gözləniləndən tez pul siyasətini yumşaltmağa sövq edə bilər ki, bu da faiz gəliri qazandırmayan qızıl üçün müsbət olacaqdır.
FED-in faiz dərəcələrini aşağı endirməməsindən əsəbiləşən Trampın sentyabr və ya oktyabr aylarında FED sədri Cerom Pauellin (Jerome Powell) yerinə bir nəfər təyin etməyi düşündüyü bildirilir.
"Pauell məncə çox axmaq adamdır"
ABŞ Prezidenti Donald Tramp ölkədə inflyasiyanın olmadığını iddia edərək, “Bizim böyük iqtisadiyyatımız var, tariflərdən milyardlarla dollar qazanırıq” deyib.
Gömrük tariflərini ödəmək istəməyənlərin fabriklər tikdiyini vurğulayan Tramp, investisiyaların ölkə tarixində misilsiz olduğunu qeyd edib.
Tramp, həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powell haqqında tənqidlərini təkrarlayaraq, "İntellekt baxımından orta adamdır. Gördüyü işə görə onun intellekt səviyyəsi aşağı olduğunu deyərdim.Məncə, o, çox axmaq bir insandır”, - deyib.
Tramp bildirib ki, o, FED-in sədrliyinə üç və ya dörd namizədi nəzərdən keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
2 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
-
3 saat əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
3 saat əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
4 saat əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Ən çox oxunanlar
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir























