Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!
İndi fərdi sahibkarlar vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə ödənişsiz təqdim edirlər.Artıq cari hesabat dövründən (1-20 iyul) İnternet Vergi İdarəsində sadələşdirilmiş, gəlir, mənfəət kimi bir çox vergi bəyannamələrinin “SİMA İmza”dan istifadə edərək göndərilməsi mümkündür. Bunun üçün aşağıdakı ardıcıllıq izlənilməlidir:
- new.e-taxes.gov.az veb-saytına daxil olmaq
- “Giriş” düyməsinə keçid etmək
- Giriş üsulu kimi “SİMA İmza”nı seçmək
- Ekranda açılan QR kodu “SİMA İmza” tətbiqi vasitəsilə skan etmək
Bu addımları tamamladıqdan sonra sahibkarlar şəxsi kabinetinə daxil olub vergi əməliyyatlarını onlayn şəkildə icra edə biləcəklər.
Diqqətə çatdıraq ki, hazırda güzəşt çərçivəsində fərdi sahibkarlar SİMA yeni nəsil rəqəmsal imzanı ödənişsiz əldə edə bilərlər. Belə ki, “SİMA İmza” tətbiqində 6AYPULSUZ promokodu ilə qeydiyyatdan keçən sahibkarlar növbəti 6 ay müddətində abunə haqqı ödəməyəcəklər (Ətraflı bloqda: https://sima.az/az/blog/19).
Qeyd edək ki, “SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiya prosesi 2023-cü ildə başlayıb. İndiyədək fərdi sahibkarlar üçün 80-dən çox vergi xidmətinə əlçatanlıq təmin edilib. Hazırda hüquqi şəxslər və dövlət qurumları üçün də müvafiq inteqrasiya prosesi aparılır.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. “SİMA İmza” tətbiqinin endirilmə sayı 4,2 milyonu ötüb. SİMA ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Rəqəmsal imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
Ətraflı məlumat üçün:
157
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























