SOCAR "e-tender" platformasında təchizatçılar üçün reytinq sistemi tətbiq edəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "e-tender" platformasında təchizatçılar üçün reytinq sistemi tətbiq edəcək.
Bunu SOCAR-ın Əməliyyat Satınalması və Təchizat departamentinin rəis müavini Elçin Musayev Bakıda "Rəqəmsal Transformasiya prosesi ilə sektorlar üzrə çağırışlar, trendlər və imkanlar" mövzusunda keçirilən panel müzakirəsində bildirib.
O qeyd edib ki, yaxın gələcəkdə platformada təchizatçıların fəaliyyətini qiymətləndirmək üçün reytinq sistemi istifadəyə veriləcək: “Bu sistem təchizatçılara rəqibləri ilə fəaliyyətlərini müqayisə etməyə, göstəricilərini yaxşılaşdırmağa kömək edəcək. Bununla yanaşı, rəqəmsal platforma məlumatların izlənməsi, şəffaflığın artırılması və təkmil analitik imkanlar təqdim edir".
E. Musayev əlavə edib ki, rəqəmsal transformasiya prosesində bəzi çətinliklər də var: “Bütün təchizatçılar hələ tam rəqəmsal deyil. Təchizatçıların strateji cəlb olunması vacibdir, çünki onlar öz fəaliyyətlərinə sərmayə yatırmalı və digər şirkətlərlə əməkdaşlıq səviyyəsini artırmalıdırlar”.
Onun sözlərinə görə, rəqəmsal transformasiyanın əsasında keyfiyyətli məlumatlar dayanır: “Təchizatçılar təqdim etdikləri məlumatlarda keyfiyyətə önəm verdikdə, bu, onlara daha geniş əməkdaşlıq imkanları, gəlirliliyin artırılması və sənayedəki yeni transformasiyaya hazır olmaq baxımından üstünlüklər qazandıracaq.”
E. Musayev vurğulayıb ki, SOCAR artıq bu istiqamətdə mühüm addımlar atıb: “2005-ci ilin fevral ayından etibarən "e-tender" platformasının tətbiqinə başlamışıq. Hazırda SOCAR-ın müxtəlif qurumlarında 600-dən çox daxili istifadəçi, müxtəlif sahələri təmsil edən yerli və xarici olmaqla 3 minə yaxın təchizatçı platformada qeydiyyatdan keçib. Platforma ilkin ixtisas seçimindən tutmuş məlumat sorğuları (RFI), tender sorğuları (RFP) və təchizatçıların fəaliyyətinin idarə edilməsinə qədər satınalmanın bütün mərhələlərini əhatə edir”.
Onun sözlərinə görə, SOCAR platformada kateqoriya idarəetməsi yanaşmasını tətbiq edir ki, bu da tender prosesində məhz uyğun təchizatçıların seçilməsinə, bazarda bərabər imkanların yaradılmasına, ədalətliliyin və şəffaflığın artırılmasına şərait yaradır.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















