"Azərbaycan əhalisi artdığına görə də ət bahalaşıb"
Azərbaycanda ət və ət məhsullarının bahalaşmasına aydınlıq gətirilir.
Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri, ekspert Rahilə Mehdiyeva bildirib ki, istehlak bazarında satılan ət əsasən şəxsi həyətyanı və kiçik fermer təsərrüfatlarında yetişdirilən və qismən də xaricdən idxal olunan diri heyvanlar hesabına təmin olunur. Bu heyvanlar satışa çıxarılmazdan öncə 3-4 ay ərzində qapalı şəraitdə kökəldilir:
"Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun ayları ərzində ət məhsullarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,6% artıb".
O bildirib ki, ətin maya dəyərinin 70-75%-ni yem xərcləri təşkil edir. Heyvanların kökəldilməsində əsas etibarilə yonca presindən və kəpəkdən istifadə olunur:
"Araşdırmalarımız göstərir ki, 2017-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə yonca presinin qiyməti 30%-dən, kəpəyin qiyməti isə 80%-dən çox bahalaşıb".
R.Mehdiyeva qeyd edib ki, ölkəyə idxal olunan diri heyvanlar valyuta ilə alındığına görə manatın ucuzlaşması nəticəsində bu heyvanların qiyməti bahalaşıb. Bu da son nəticədə ətin qiymətinin artmasına gətirib çıxarıb: "Statistika göstərir ki, 2016-cı ilin birinci yarısı ilə müqayisədə 2017-ci ilin birinci yarısında inək və çamışların sayı 3,8 min, qoyun və keçilərin sayı 56,1 min baş azalıb. Bunun nəticəsində bazara təklif də aşağı düşüb".
Ekspertin sözlərinə görə, ölkədə baş verən müsbət demoqrafik dəyişikliklər nəticəsində 2016-cı il ərzində respublika əhalisinin sayı 104,4 min nəfər artıb ki, bu da öz növbəsində ətə olan tələbatı da artırıb:
"Bazar iqtisadiyyatı şəraitində sadalanan bütün bu amillər ətin qiymətində obyektiv artımlara səbəb olub".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















