"Azfen" şirkətində böyük zərər - MÜQAVİLƏRDƏN GƏLİRLƏRİ 3 DƏFƏ AZALIB
"Azfen" MMC 2024-cü ili 25 milyon 915 min manat xalis zərər ilə başa vurub. Halbuki, Şirkət 2023-cü ili 11 milyon 466 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az Şirkətin 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Azfen" MMC-nin müştərilərlə müqavilədən gəlirləri 2023-cü ildə 217 milyon 553 min manat ikən, 2024-cü ildə 75 milyon 217 min manata düşüb (2,9 dəfə azalıb).
Ötən il müştərilərlə müqavilədən 75 milyon 217 min manat gəlirlərə qarşı müqavilə xərcləri 98 milyon 881 min manat təşkil edib və nəticədə 23 milyon 664 min manat ümumi zərər yaranıb. İnzibati və digər xərclər ilə əlaqədar olaraq Şirkətin zərəri daha da artıb.
"Azfen" MMC-nin bölüşdürülməmiş mənfəəti ötən ilin xalis zərəri məbləğində - 25 milyon 915 min manat azalaraq 225 milyon 339 min manata düşüb.
Qeyd edək ki, "Azfen" MMC 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir. Şirkətin məqsədi neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
-
22 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 45 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
Ən çox oxunanlar
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu







.jpg)








.jpg)





