Dövlət Agentliyi qiymətli kağızlara investisiyalarını kəskin azaldıb, banklara depozit yerləşdirib
Azərbaycan vətəndaşlarının, xüsusilə az və orta təminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həll edilməsi məqsədi çərçivəsində yaradılmış Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi borc qiymətli kağızlara investisiyalarını azaldıb, bank depozitlərini artırıb.
Marja.az xəbər verir ki, 31 dekabr 2024-cü il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin qiymətli kağızlara investisiyaları 96 milyon 625 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 2,1 dəfə azdır. Mənzil İnşaatı Dövlət Agentliyinin qiymətli kağızlara investisiyaları 2023-cü ilin sonunda 205 milyon 282 min manat təşkil etmişdi.
31 dekabr 2024-cü il tarixində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən banklarda yerləşdirilmiş depozitlərin cəmi məbləği 105 milyon 463 min manat təşkil edib. 2023-cü ilin sonunda Mənzil İnşaatı Dövlət Agentliyinin banklarda depoziti olmamışdı.
Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində “MİDA” MMC yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)



