İxrac icmalı: Pomidor 1-ci, qızıl 2-ci, pambıq 3-cü yerdə olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayını təqdim edib.
İcmala əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 19,1% artaraq 564.7 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon ABŞ dolları və ya 54,4%, kimya sənayesi məhsulları 48,7 milyon ABŞ dolları və ya 38,7%, meyvə-tərəvəz 81,2 milyon ABŞ dolları və ya 24,3%, pambıq iplik 1,8 milyon ABŞ dolları və ya 16,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon ABŞ dolları və ya 12,5%, çay 62,5 min ABŞ dolları və ya 2%, alüminium və ondan hazırlanan məmulatlar 666,8 min ABŞ dolları və ya 0,7% artıb.
Cari ilin ilk altı ayı ərzində aqrar məhsulların ixracı 21.9% artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 7,7% artaraq 145 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18.2% artaraq 600,3 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (149 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (144 milyon ABŞ dolları) ikinci, pambıq (98,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin iyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (35.2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (22.7 milyon ABŞ dolları) ikinci, təzə albalı və gilas (18,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin ilk altı ayında Rusiya Federasiyasına 586 milyon ABŞ dolları, Türkiyəyə 287,2 milyon ABŞ dolları, Gürcüstana 154,8 milyon ABŞ dolları, İsveçrəyə 151,5 milyon ABŞ dolları, Ukraynaya isə 95.8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin iyun ayında Rusiya Federasiyasına 143,1 milyon ABŞ dolları, Türkiyəyə 35.9 milyon ABŞ dolları, Gürcüstana 29,3 milyon ABŞ dolları, İsveçrəyə 23.6 milyon ABŞ dolları, Ukraynaya isə 19,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
6 d. əvvəl
Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
-
6 d. əvvəl
Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
- 1 saat əvvəl
-
1 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Şamaxı–Qobustan neftli-qazlı sahə ilə bağlı saziş imzalandı - Macarıstan şirkəti 65%, SOCAR isə 35% paya malikdir
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Ən çox oxunanlar
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO















.jpg)




.jpg)
