Yerli buğda emalında yeni rekord: “Agro Dairy” ərzaq təhlükəsizliyində liderliyini möhkəmləndirir
Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyasına töhfə verən aparıcı kənd təsərrüfatı şirkətlərindən biri “Agro Dairy” növbəti uğura imza atıb.
Qrupun taxıl emalı biznes istiqamətinə daxil olan və yüksək keyfiyyətli un məhsullarının istehsalı üzrə ixtisaslaşan “ATS Mill” müəssisəsi cari ildə 55 min ton yerli ərzaqlıq buğda emalı ilə rekord göstəriciyə nail olub. Ötən illərlə müqayisədə əldə olunan əsaslı artım daxili tələbatın yerli istehsal hesabına qarşılanmasına yönəlmiş dövlət siyasətinə uyğun fəaliyyətin uğurla davam etdiyini təsdiqləyir.
Xüsusilə, ölkədə həyata keçirilən subsidiya siyasəti və ərzaqlıq buğda proqramı taxıl sektorunun inkişafına güclü təkan verərək artım tempini sürətləndirib, yerli dəyirmanların istehsal imkanlarını əhəmiyyətli dərəcədə artırıb. İstehlakçılar tərəfindən daha çox "Abşeron" və “Cənub” un brendləri ilə tanınan, ölkənin un sənayesinin əsas iştirakçılarından biri olan “ATS Mill” müəssisəsi bu imkanlardan səmərəli yararlanaraq taxılın təmizlənməsi, üyüdülməsi və qablaşdırılmasını müasir texnologiyalar və qabaqcıl metodlarla həyata keçirir.
Belə ki, əgər 2022-ci ildə müəssisədə 17 min ton, 2023-cü ildə isə 18 min ton yerli buğda emal olunmuşdursa, cari ildə bu rəqəm 55 min tona çataraq şirkətin fəaliyyət tarixində ən yüksək göstərici kimi qeydə alınıb.
Qarşıdakı 2025–2026-cı il mövsümündə isə müəssisənin 70 min tondan artıq yerli buğda emal etməsi planlaşdırılır ki, bu da ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında yeni bir mərhələ kimi dəyərləndirilir.
“Agro Dairy” Qrupun baş icraçı direktoru Niyazi Əmirbəyov bildirib:
“Dövlət proqramlarının, xüsusilə də ərzaqlıq buğda proqramının tətbiqi, hədəfli subsidiyalar, zəmanətli alış mexanizmləri və planlı fəaliyyət sektorun uzunmüddətli inkişafı üçün möhkəm baza formalaşdırır. Yüksək nəticələrin əldə olunmasında innovativ texnologiyalar, dövlət dəstək mexanizmləri, resurslardan səmərəli istifadə və müəssisənin daxili potensialının gücləndirilməsi həlledici rol oynayır.”

İllər əvvəl istifadəsiz qalmış minlərlə hektar ərazini yenidən dövriyyəyə cəlb edərək innovativ əkin sistemləri və müasir kənd təsərrüfatı avadanlıqlarının tətbiqi nəticəsində “Agro Dairy” Qrup torpaqdan süfrəyə qədər “dəyər zənciri”nin bütün mərhələlərini əhatə etməklə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 13 d. əvvəl
-
20 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 21 d. əvvəl
- 44 d. əvvəl
-
51 d. əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Qızıl və gümüş kəskin ucuzlaşıb
Ən çox oxunanlar
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO























