"SMTS" şirkəti tenderin qalibi elan olundu, 26 milyon manatlıq sifariş aldı
Ağdamda orta mərtəbəli yaşayış binaları tikiləcək“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 7 və 8-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri”nin satın alınması ilə bağlı tenderi yekunlaşdırıb və qalib şirkət ilə müqavilə bağlayıb.
Marja.az-ın məlumatına görə, qalib şirkət "SMTS" MMC-dir
Müqavilənin məbləği 26 milyon 13 min manatdır.
Tender üzrə ehtimal olunan qiymət 29 milyon 948 min manat idi.
Qeyd edək ki, 612 min 435 manat nizamnamə kapitalı olan "SMTS" MMC 14.03.2007-ci il tarixində dövlət qeydiyyatına alıbıb. Şirkətin direktoru Allahyarov Ağalar Məmmədağa oğludur. Şirkətin hüquqi ünvanı Şirvan şəhəri, M.Rəsulzadə küçəsidir. Allahyarov Ağalar Məmmədağa "SMTS CONSTRUCTİON" MMC adlı şirkətin də direktorudur.
Yeri düşmüşkən qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxana kompleksinin tikintisi və quraşdırılması işləri”nin satın alınması üzrə tenderi də yekunlaşdırıb. Qalib şirkət "AZ TECHNOCON GROUP" MMC olub və bu şirkətlə mbləği 1 milyon 35 min manat olan müqavilə imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























