akart 2 beynəlxalq mükafata layiq görüldü
Azərbaycan Respublikasının Mərkəzi Bankının 001 nömrəli lisenziyası ilə fəaliyyət göstərən A-Solutions Elektron Pul Təşkilatı MMC beynəlxalq səviyyədə nailiyyət əldə edib.
İnnovativ maliyyə həlli olan akart nüfuzlu International Finance Awards çərçivəsində “Ən Yaxşı Yeni Təmassız Elektron Pulqabı” və “Ən İnnovativ Yeni Virtual Kart Fintex Həlli” nominasiyalarında qalib seçilib.
Bu mükafat təşkilatın innovasiya yönümlü inkişaf strategiyasının, müştəri ehtiyaclarına fokuslanan yanaşmasının və rəqəmsal maliyyə sahəsində tətbiq etdiyi fərqli həllərin beynəlxalq miqyasda tanınmasının göstəricisidir.
A-Solutions Elektron Pul Təşkilatının Baş icraçı direktoru Həsən Həsənov beynəlxalq nailiyyətlə bağlı fikirlərini belə ifadə edib: “Qazanılan mükafatlar məhsulumuzun keyfiyyətinin və komandamızın istifadəçilərə daim təkmilləşən təcrübə təqdim etmək istiqamətində göstərdiyi səylərin nəticəsidir. Məqsədimiz - müştərilərimizin həyatını asanlaşdırmaq, onlara rahat və əlçatan maliyyə həlləri təqdim etməkdir. Bu uğurun əldə olunmasında müştərilərimizin etimadı, komandamızın əməyi və tərəfdaşlarımızın davamlı dəstəyi mühüm rol oynayıb”.
Ölkəmizdə rəqəmsal maliyyəyə çıxışı genişləndirmək məqsədilə akart istifadəçiləri üçün davamlı olaraq yeni funksiyalar təqdim edir. Diqqətçəkən yeniliklərdən biri kiçik məbləğli kreditlərin sürətli və tam rəqəmsal şəkildə əldə edilməsinə imkan verən “Tamamla” məhsuludur. Xüsusi qiymətləndirmə modeli əsasında təqdim olunan bu həll maliyyə xidmətlərinə çıxışı asanlaşdırır və gündəlik ehtiyacların operativ şəkildə qarşılanmasına şərait yaradır.
Oyun mexanikası əsasında qurulan “Şansını akart-da Tap!” kampaniyası istifadəçilərə ödənişlər zamanı hədiyyələr və internet bonusları qazandıraraq gündəlik xərcləri daha sərfəli edib. Böyük marağı nəzərə alaraq, kampaniyanın mütəmadi olaraq istifadəçilərə təqdim olunması planlaşdırılır.
1 sentyabr tarixindən etibarən akart keşbek loyallıq proqramını yeniləyərək istifadəçilərə onların maraq və həyat tərzinə uyğun kateqoriyaları seçmək imkanı yaradıb. Bu dinamik yanaşma kateqoriya çeşidinin genişləndirilməsi və aylıq qazanc limitinin artırılması ilə yanaşı, istifadəçilərə daha fərdiləşdirilmiş və rahat təcrübə təqdim etməyi hədəfləyir.
Bundan əlavə, AZAL Miles ilə əməkdaşlıq çərçivəsində müştərilərə topladıqları milləri səyahətlə yanaşı, mobil və kommunal ödənişlərdə də istifadə imkanı ilk akart tərəfindən yaradılıb.
Həmçinin təqdim edilən “aKredit” xidməti vasitəsilə istifadəçilər banka getmədən, cəmi iki dəqiqə ərzində 25,000 AZN-ə qədər nağd krediti tam rəqəmsal formada əldə edə bilirlər.
Bu yeniliklər akart-ın rəqəmsal maliyyə bazarında mövqeyini daha da möhkəmləndirməklə yanaşı, istifadəçilərə daha rahat və sürətli xidmətlər təqdim etməyə imkan yaradıb. A-Solutions Elektron Pul Təşkilatı istifadəçi təcrübəsini zənginləşdirəcək yeni funksionallıqlar və yaradıcı həllər üzərində işləyir və daim inkişaf edən rəqəmsal maliyyə sahəsində yeniliklər təqdim etməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 21 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı xarici qurum ilə 20 milyon dollarlıq kredit sazişi imzalayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kaspian Speşialist Services”in satış gəlirləri 18%, xalis mənfəəti 24% azalıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi

























