Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
Vergilərin 73 faizi qeyri-neft-qaz sektorunun payına düşüb2025-ci ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 561,1 milyon manat vergi daxil olub, proqnoza 105,4 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 333,6 milyon manat və ya 3,0 faiz artıb.
Qeyri-neft-qaz sektorunda daxilolmalar 8 milyard 434,6 milyon manat olub, proqnoz 103 faiz icra olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 690,4 milyon manat və ya 8,9 faiz çox olub. Ödənilən vergilərin 73,0 faizi qeyri-neft-qaz sektorunun, 27,0 faizi isə neft-qaz sektorunun payına düşüb.
Bundan başqa, 2025-ci ilin yanvar-avqust aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 180,4 milyon manat olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz və ya 455,8 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq 2 milyard 788,5 milyon manat təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,0 faiz artaraq 148,2 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,3 faiz artaraq 113,2 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10,3 faiz artıb və 727,6 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,0 faiz artaraq 515,0 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)






.jpg)



