Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord
Qızıl, FED-in faiz endirimi edəcəyi gözləntilərini gücləndirən məşğulluq məlumatlarının ardından yeni rekordunu müəyyənləşdirib.
Marja xəbər verir ki, məlumatlardan sonra, qızılın unsiyasının qiyməti 1 faiz də artımla 3 min 586 dollara qalxaraq tarixi zirvəni yeniləyib.
Son üç ildə həm qızıl, həm də gümüş iki dəfədən çox dəyər qazanıb. Geosiyasi risklər, iqtisadi qeyri-müəyyənliklər və qlobal ticarətdəki problemlər "təhlükəsiz liman" tələbini artırıb. ABŞ Prezidenti Donald Trampın bu il FED-ə yönələn artan tənqidləri isə mərkəzi bankın müstəqilliyinə dair narahatlıqları artırıb. Tramp qısa müddətdə FED-də “çoxluğu ələ keçirəcəyini” və faizləri azaldacağını bəyan etmişdi.
Xəbər verdiyimiz kimi, qlobal bazarların yaxından izlədiyi avqust ayına dair ABŞ-ın qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanıb.
Marja xəbər verir ki, ölkədə avqust ayında məşğulluq bazarından zəif siqnallar gəlib. ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluğu avqustda 22 min artıb. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların gözləntisi artımın 75 min olacağı istiqamətində idi.
Daha əvvəl 73 min olaraq açıqlanan iyul ayı məşğulluq artımı 79 minə dəyişdirilib. Son iki ay üzrə isə 21 minlik aşağıya doğru korrektə aparılıb.
Məlumatlar avqust ayında ölkədə işsizliyin 4,2 faizdən 4,3 faizə yüksəldiyini göstərib. Bu göstərici ABŞ-da 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
İnflyasiya göstəriciləri baxımından diqqətə alınan orta saatlıq maaş üzrə aylıq artım 0,3 faiz olmaqla gözləntilərə paralel reallaşıb.
Orta saatlıq maaşda eyni dövrdə illik artım 3,7 faiz olub. Bu göstəriciyə dair gözlənti isə 3,8 faiz təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























