“Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb
İşğaldan azad olunan ərazilərdə əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir.
MArja.az Şirkətə istinadən xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC Kəlbəcər şəhərində AZ3200 indeksli Kəlbəcər Poçt Şöbəsini vətəndaşların istifadəsinə verib.
Yeni poçt məntəqəsində vətəndaşlara universal poçt (məktub, teleqram və bağlama göndərişləri), karqo xidmətləri və maliyyə yığımları təqdim olunur.
Poçt şöbəsinin iş rejimi bazar ertəsi – cümə günləri saat 09:00 – 17:00 aralığında (nahar fasiləsi: saat 13:00 – 14:00), şənbə günləri isə saat 09:00 – 14:00 aralığında müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq poçt sahəsində işlər mərhələli şəkildə həyata keçirilməkdədir.
Bildirək ki, Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda poçt şöbəsi 2020-ci, Xankəndi poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq Mərcanlıda 2020-ci ildə poçt şöbəsi yaradılıb, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində, 2025-ci ildə isə Şuşa şəhərində poçt xidmətlərinin təşkili təmin olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























