"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
Ötən il 5000 iştirakçı, 100-dən çox spiker, 100-dən çox startap və investoru bir araya toplayan “INMerge” İnnovasiya Sammiti 2025-ci ildə daha böyük hədəfləri qarşıya qoyaraq hazırlıqlara start verib.
Bu il beşinci dəfə təşkil olunacaq “INMerge” sammiti daha iddialı proqramla geri qayıdır – tədbirə "Netflix"in həmtəsisçisi Mark Randolf kimi dünya miqyasında tanınmış adlar qatılacaq. Bundan əlavə, "OpenAI" şirkətinin keçmiş "Go-to-Market" rəhbəri Zak Hass və "Pixar"ın həmtəsisçisi Ed Katmull da spiker kimi çıxış edəcəklər.
"PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır. Sammit, fintex, telekommunikasiya, elektron ticarət və digər sahələrdən olan innovatorları, investorları və sahənin nüfuzlu liderlərini bir araya gətirir.
“INMerge” həm də iştirakçılara mühüm tərəfdaşlıqlar bağlamağa, əməkdaşlığı inkişaf etdirməyə və regionun liderləri və innovatorları ilə beynəlxalq əlaqələr qurmağa imkan verən strateji şəbəkə mərkəzidir.
Xatırladaq ki, 2024-cü ildə, “INMerge” İnnovasiya Sammitində "YouTube"un həmtəsisçisi Stiv Çen, "Amazon"un vitse-prezidenti və texniki direktoru Verner Vogels, "Starbucks" şirkətinin həmtəsisçisi Zev Siegl, Harvard Biznes Məktəbinin professoru Linda Hill, həmçinin Stenford Universitetinin professoru İlya Strebulayev kimi spikerlar qoşulub.
Qeyd edək ki, bu il beşinci dəfə təşkil olunacaq "INMerge” sammiti 29 və 30 senyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq. Ətraflı məlumat və biletləri əldə etmək üçün www.inmerge.az veb-saytına keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)



.jpg)
