Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
ABŞ Prezidenti Donald Trampın H-1B vizası üçün müraciət haqqını 100 min dollara qaldırması böyük şirkətlərdə və ölkələrdə ciddi rezonans doğurub. Ekspertlər hesab edir ki, bu qərar Böyük Britaniya, Avropa, Yaxın Şərq və Asiya üçün yüksək ixtisaslı kadrları cəlb etməkdə mühüm fürsət yarada bilər.
Marja xəbər verir ki, Tramp administrasiyası yeni qərarı “Amerikalıların iş yerlərini qorumaq” siyasəti çərçivəsində qəbul edib. Bazar günü qüvvəyə minən qaydaya əsasən, ABŞ-da yeni işçi çalışdırmaq istəyən şirkətlər vizanı almaq üçün 100 min dollar ödəməlidir.
Şirkətlərin və ölkələrin reaksiyası
H-1B vizaları uzun illərdir ki, Amazon, Microsoft, Meta, Apple və Google kimi texnologiya nəhəngləri tərəfindən Hindistan və Çindən yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək üçün istifadə olunur. Məsələn, təkcə Amazon 2025-ci maliyyə ilində 14 minə yaxın H-1B sahibini işlə təmin edib.
Hindistan hökuməti isə qərara sərt reaksiya verərək bunun “humanitar fəsadlara yol aça biləcəyini” bəyan edib.
Qlobal rəqabət üçün fürsət
"Syz Group"un investisiya direktoru Şarl-Anri Monşo bildirib ki, bu qərar ABŞ üçün innovasiya baxımından mənfi təsir göstərsə də, digər ölkələr üçün fürsət pəncərəsi yaradır:
“ABŞ daha sərt qaydalar tətbiq edirsə, bu, Birləşmiş Krallıq, Avropa, Dubay və hətta Çin üçün qlobal istedadları cəlb etmək baxımından qızıl fürsətdir.”
Digər ekspertlər də qərarı Avropa üçün “misilsiz imkan” adlandırırlar:
“Avropada innovasiyanın qarşısındakı ən böyük təhlükə istedad itkisi idi. Tramp Avropaya tarixi fürsət qazandırdı.”
Ekspertlərin fikrincə, Böyük Britaniya bütün H-1B vizası sahibləri üçün sürətli keçid imkanı yaratsa, ölkə daha çox istedadlı insan cəlb edə bilər.
"Financial Times" yazır ki, Baş nazir Keir Starmer hökuməti yüksək ixtisaslı mütəxəssislər üçün bəzi viza haqlarının ləğvini nəzərdən keçirir. Britaniya Daxili İşlər Nazirliyi isə açıqlamasında ölkənin qlobal istedad proqramlarının “xüsusən elm, tədqiqat və texnologiya sahəsində yüksək ixtisaslı kadrları cəlb etmək və saxlamaq məqsədi daşıdığını” bildirib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
- 29 d. əvvəl
- 38 d. əvvəl
-
49 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb











.jpg)




.jpg)








