“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
22–26 sentyabr 2025-ci il tarixləri dünya iqtisadiyyatında mühüm açıqlamaların edildiyi və maliyyə bazarlarının kəskin dalğalanmalarla üzləşdiyi bir həftə oldu. ABŞ-da ÜDM göstəricisinin yenidən qiymətləndirilməsi, Amerikada, Almaniyada, Avrozonada və İngiltərədə sənaye və xidmət sektorlarında, eləcə də kompozit Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri, həmçinin ABŞ-da Şəxsi Xərclərin Baza İndeksi (core PCE) investorların diqqət mərkəzində idi. Bu göstəricilər qlobal valyuta bazarlarına, səhm və istiqrazlara, eləcə də qızıl qiymətlərinə ciddi təsir göstərdi.
ABŞ iqtisadiyyatı: ÜDM və şəxsi xərclər
Güclənmiş ÜDM
ABŞ Statistika Bürosunun açıqlamasına görə, 2025-ci ilin ikinci rübündə ÜDM illik hesablamada 3.8% artıb. Bu göstərici əvvəlki qiymətləndirmədən daha yüksəkdir və iqtisadiyyatın, birinci rübdəki daralmadan sonra bərpa yolunda olduğunu göstərir. İstehlak xərcləri və xidmət sektorundakı dinamika artımın əsas katalizatoru olub.
Şəxsi Xərclərin Baza İndeksi
Avqust ayında açıqlanan çekirdek Core PCE indeksi aylıq 0.2%, illik isə 2.9% artım nümayiş etdirib. Bu, inflyasiyanın hələ də FED-in hədəflərinin üzərində olduğunu göstərir. Bu səbəbdən, FED-in son faiz endirimindən sonra əlavə addımlarının tempi ehtiyatla qiymətləndirilir.
Dollar açıqlanan son iqtisadi göstəricilərdən dəstək alaraq gücləndi. Səhm bazarlarında güclü ÜDM nikbinlik yaratsa da, inflyasiya riskləri investor ehtiyatlılığını qorudu. Qızılın artımı məhdud qaldı, çünki möhkəmlənən dolların təsiri ön plana çıxdı.
Avrozona və Almaniya: Qarışıq PMI siqnalları
Avrozonada Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) sentyabrda 49.5 bəndə düşərək daralma əlaməti göstərdi. Lakin, xidmət sektorunun güclənməsi nəticəsində kompozit PMI 51.2 bəndə yüksəldi. Bu, iqtisadi aktivliyin hələ zəif də olsa, davam etdiyini göstərir.
Almaniyada isə sənaye PMI aşağı qalmaqda davam etdi. Xidmət sektorundakı artım ümumi iqtisadiyyata müsbət təsir etsə də, Avropanın əsas sənaye mərkəzində daralma risklərinin qalması bazarların diqqətindən yayınmadı.
Nəticədə Avronun dollara qarşı zəifləməsi davam etdi. Avropa istiqraz bazarında isə gəlirliliklər yüksəldi.
İngiltərə: Aktivliyin tormozlanması
İngiltərədə PMI göstəriciləri iqtisadi fəallığın zəiflədiyinə işarə etdi. Xidmət sektoru nisbətən dayanıqlılıq göstərsə də, istehsalat sektorunda zəifləmə açıq şəkildə görünür. İnflyasiyanın yüksək səviyyədə qalması isə İngiltərə Mərkəzi Bankının siyasətini çətinləşdirir.
Açıqlanan göstəricilər fonunda funt sterlinq ABŞ dolları qarşısında zəiflədi, dövlət istiqrazlarının gəlirliliyi isə artmağa davam etdi.
22–26 sentyabr 2025-ci il tarixlərində açıqlanan qlobaq iqtisadi rəqəmlər göstərdi ki, qlobal iqtisadiyyat bərpa siqnalları versə də, inflyasiya təzyiqləri və sənaye sektorundakı zəifliklər riskləri artırır. ABŞ iqtisadiyyatı istehlak xərcləri hesabına böyüməsini davam etdirir. Lakin, FED-in siyasəti inflyasiyanın hələ də yüksək qalması səbəbindən ehtiyatlı qalacaq. Avrozona və İngiltərədə sənaye göstəricilərindəki daralma isə qlobal iqtisadi balanssızlıqları daha da ön plana çıxarır.
Bu həftə Amerikada dərc olunacaq əmək bazarı, xüsusilə də “NFP” (Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı) Hesabatı, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, “Conference Board” İstehlakçıların İnam İndeksi, “JOLTS” Boş İş Yerləri və Vakansiyalar Hesabatı birjalara yön verəcək əsas xəbərlər ola bilərlər.
Bazarların dinamikasına təsir edən xəbərlər arasında ABŞ prezidenti Donald Tranpın bugünki çıxışı, həmçinin, Avropa və İngiltərə Mərkəzi Banklarının sədrləri Kristin Laqard və Endryu Beylinin cümə gününə planlaşdırılan çıxışları da yer alır.
Bundan başqa Avrozonada, Almaniyada, İngiltərədə, açıqlanacaq xidmət sektorunda və kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri, Avrozonada və Almaniyada dərc olunacaq inflyasiya (CPİ) rəqəmləri investorların diqqət mərkəzində olacaq.
EUR
Ötən həftəyə artımla başlayan EURUSD məzənnəsi 1.18200 səviyyəsinə qədər yüksəlsə də, daha sonra dolların güclənməsi fonunda 1.16460 hədlərinə kimi ucuzlaşdı. Lakin, ötən həftənin son günü kar satışları fonunda məzənnədə artım yaşandı və bağlaışı 1.17000 həddində reallaşdırdı.
Hazırda 1.17280 hədlərində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.17000 həddinin altına salıb və burada saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
Cari həftə Avrozonada və Almaniyada açıqlanacaq xidmət sektorlarında Biznes Aktivliyi İndeksi, İstehlak Qiymətləri İndeksi göstəriciləri, eləcə də cümə günü AMB sədri Kristin Laqardın gözlənilən çıxışı avronun qiymətlərinə yön verə bilər.
GBP
Keçən həftə 1.33230 həddinə kimi ucuzlaşan GBPUSD məzənnəsi də həftənin son günü korrektiv olaraq bahalaşdı və ötən həftəni 1.34000 səviyyəsində tamamladı.
Bu həftə isə İngiltərədə dərc olunacaq xidmət və kompozit PMİ rəqəmləri, ÜDM hesabatı, eləcə də mərkəzi bankın sədri Endryu Beylinin çıxışı funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
XAU/USD
Ötən həftəni 3760$-a həddində tamamlayan qızıl cari həftəyə artımla başlayıb. Günün ilk ticarət saatlarında 3812$-a yüksələrək tarixi maksimumlarını yeniləyən qiymətli metal 3800$ həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyası daha kəskin xarakter ala bilər.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
41 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
49 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Ən çox oxunanlar
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb

















.jpg)




