Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır
Dollar çərşənbə günü əsas valyutalar qarşısında son bir həftənin ən aşağı səviyyəsinə geriləyib. Buna ABŞ hökumətinin bağlanması və yaxın günlərdə açıqlanmalı olan mühüm məşğulluq statistikasının təxirə salınacağı ehtimalı təsir göstərib.
Marja xəbər verir ki, Vaşinqtonda federal maliyyələşdirmə gecəyarısı bitib. Respublikaçılarla Demokratlar razılaşa bilmədiklərindən hökumət fəaliyyətini dayandırıb. Senatdakı Respublikaçı lider Con Tün Palatanın təsdiqlədiyi layihənin çərşənbə günü yenidən səsverməyə çıxarılacağını bildirib.
Bakı vaxtı ilə saat 11:25-ə olan məlumata görə, əsas altı valyuta qarşısında dolların məzənnəsini ölçən Dollar İndeksi 0,3% azalaraq 97,49-a düşüb. Gün ərzində isə indeks ötən çərşənbədən bəri ilk dəfə 97,584-ə qədər enib.
Əmək və Ticarət Departamentləri bağlanma zamanı statistik məlumatların dərcinin dayandırılacağını açıqlayıb. Bu, bazarlar üçün kritik göstərici hesab edilən və cümə günü açıqlanmalı olan kənd təsərrüfatı sektoru istisna məşğulluq (nonfarm payrolls) hesabatının da gecikdirilməsi deməkdir.
Son açıqlanan JOLTS hesabatı dolları əlavə təzyiq altında qoyub. Hesabata əsasən, avqust ayında ABŞ-da boş iş yerlərinin sayı cüzi artsa da, işə qəbul tempi zəifləyib. Bu isə əmək bazarında zəifləmə əlaməti kimi qiymətləndirilir.
Senatda Respublikaçıların yeddi həftəlik maliyyələşdirmə təklifi 55-ə qarşı 45 səslə qəbul edilməyib. Qanunun keçməsi üçün 60 səs tələb olunur. Demokratların əksəriyyəti təklifə qarşı çıxıblar. Yalnız Pensilvaniyadan Con Fetterman, Nevadadan Ketrin Kortes Masto və Demokratlara yaxın müstəqil senator Meyndən Angus Kinq lehinə səs verib. Respublikaçılardan isə Kentukkidən Rand Pol layihəyə qarşı çıxıb.
Demokratların dəstəklədiyi alternativ təklif də gün ərzində Senatda rədd edilib. Nümayəndələr Palatasında sentyabrda qəbul etdiyi Respublikaçıların layihəsi yuxarı palatada irəliləyə bilməyib.
Siyasi böhran səhiyyə və sığorta xərcləri ilə bağlı fikir ayrılıqları üzərində cəmlənib. Demokratlar maliyyə paketinə səhiyyə subsidiyalarının daxil edilməsini tələb edir, Respublikaçılar isə bu məsələnin ayrıca müzakirəyə çıxarılmasının tərəfdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
11 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 14 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)










.jpg)





