Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq
“Azərpoçt”un “Postcargo” brendi “Temu” platforması ilə birgə fəaliyyətə başlayıb. Belə ki, “Temu” platforması üzərindən yerli istifadəçilərin etdiyi alış-verişlər indi daha sürətli və rahat şəkildə ünvana çatdırılacaq.“Azərpoçt” MMC rəqəmsal logistika həllərinin genişləndirilməsi istiqamətində növbəti əməkdaşlığa başlayıb. Bu məqsədlə “Azərpoçt” MMC ilə qlobal elektron ticarət platforması olan “Temu” nümayəndələri arasında görüş keçirilib.
Görüşün nəticəsi olaraq “Azərpoçt” MMC-nin beynəlxalq bağlamaların daşınması üzrə ixtisaslaşmış “Postcargo” brendi “Temu” platforması ilə birgə fəaliyyətə başlayıb.
Bu əməkdaşlığın istifadəçilər üçün faydası olduqca mühümdür. Belə ki, “Temu” platforması üzərindən yerli istifadəçilərin etdiyi alış-verişlər indi daha sürətli və rahat şəkildə ünvana çatdırılacaq. Xüsusilə regionlarda yaşayan vətəndaşların bağlamalarının qeyd etdikləri ünvana birbaşa kuryerlə çatdırılması bu layihənin əsas üstünlüklərindən biri hesab olunur.
Qeyd edək ki, hazırda “Postcargo” ölkə üzrə 800-dən çox filial və təhvil-təslim məntəqəsi (PUDO) ilə müştərilərin xidmətindədir.
“Temu” platformasına inteqrasiya Azərbaycanın beynəlxalq ticarət zəncirindəki rolunun genişlənməsinə və milli brendin tanıdılmasına öz töhfəsini verəcək. Bununla yanaşı, sözügedən əməkdaşlıq “Postcargo”ya qlobal bazarın seçimlərini yerli bazara gətirərək müştərilər üçün daha əlçatan və rəqabətədavamlı xidmətlər təqdim etməyə imkan yaradacaq.
“Temu” milyonlarla istehsalçı, brend və biznes tərəfdaşını istehlakçılarla birləşdirən qlobal elektron ticarət platformasıdır. Hazırda dünyanın 90-dan çox bazarında fəaliyyət göstərən “Temu” istehlakçılara münasib qiymətlərlə yüksəkkeyfiyyətli məhsullara çıxış imkanı yaradaraq onların həyat keyfiyyətini yaxşılaşdırmağa önəm verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
2 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI





















