Azərbaycanda ilk və ən böyük özəl Biznes Park kompleksi fəaliyyətə başlayır
Anbar sahələri icarəyə götürərək öz məhsullarınızı satışa çıxara və ixrac edə bilərsiniz.Azərbaycanın biznes mühitində innovativ yanaşmaları ilə seçilən kompleks - “Biznes Park Abşeron” istifadəyə verilir.
Qeyd edək ki, layihə Abşeron Logistika Mərkəzi tərəfindən həyata keçirilir və burada sahibkarlar üçün innovativ, funksional biznes mühiti yaradılmaqla yanaşı, yerli və beynəlxalq investorların diqqətini cəlb edən strateji imkanlar təqdim edilməkdədir. Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən Biznes Park, Azərbaycanın ilk və ən böyük özəl biznes kompleksi olaraq, ölkədə sahibkarlıq mühitinin güclənməsinə və iqtisadi inkişaf strategiyasına mühüm töhfə verəcək.
“Biznes Park Abşeron” rezidentlər üçün qapalı, yarımqapalı istehsal və anbar sahələri təklif edir. Rezidentlər, bu sahələri icarəyə götürərək öz məhsullarını Azərbaycan bazarında satışa çıxara və eyni zamanda digər ölkələrə ixrac edərək bizneslərini genişləndirə bilərlər. Bu isə biznes fəaliyyətlərinin sürətli və rahat həyata keçirilməsinə şərait yaradır. 24/7 təhlükəsizlik nəzarəti parkda fəaliyyət göstərən şirkətlərin fasiləsiz və təhlükəsiz işləməsini təmin edəcək.
Biznes Parkın ərazisi strateji mövqeyi ilə seçilir. Yaxınlığında Abşeron Logistika Mərkəzi, Abşeron gömrük postu və dəmir yolu yük stansiyasının yerləşməsi logistika əməliyyatlarının sürətli və səmərəli həyata keçirilməsinə şərait yaradır. Burada, gömrük və broker xidmətləri, beynəlxalq və daxili yükdaşıma, eləcə də tranzit multimodal əməliyyatlar kimi əlavə xidmətlər də təklif olunur.
O cümlədən, Abşeron Ticarət Mərkəzi və digər böyük ticarət mərkəzlərinin də bu ərazidə yerləşməsi ticarət şəbəkəsinin effektiv qurulmasına və idarə olunmasına da əlverişli imkan yaradır. Bir ekosistem daxilində fəaliyyət göstərən şirkətlər bir-biri ilə əməkdaşlıq edərək daha güclü təchizat və satış şəbəkələri formalaşdıra, innovativ texnologiyalardan istifadə edərək rəqabət qabiliyyətlərini artıraraq yeni bazarlara çıxış əldə edə bilirlər.
Rezident olmaq üçün əlaqə: +994 50 555 52 52, +994 12 404 76 00
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)
