"Novartis" nadir xəstəliklər üçün dərman hazırlayan ABŞ şirkətini 12 milyard dollara alır
İsveçrənin Novartis şirkəti ABŞ-ın biotexnologiya şirkəti Avidity Biosciences-i 12 milyard dollara almağa razılaşıb.İsveçrənin "Novartis" şirkəti ABŞ-ın biotexnologiya şirkəti "Avidity Biosciences"i 12 milyard dollara almağa razılaşıb. Avidity nadir genetik xəstəliklərin, o cümlədən I tip miotonik distrofiya və əzələ distrofiyası, müalicəsi üçün RNA əsaslı innovativ dərmanlar hazırlayır.
Marja xəbər verir ki, bu ilin əvvəlindən "Novartis" ABŞ-da üç biotexnologiya şirkətini almışdır: "Tourmaline Bio" (1,4 milyard dollar), "Regulus Therapeutics" (1,7 milyard dollar) və "Anthos Therapeutics" (3,1 milyard dollar).
"Novartis"in yaydığı açıqlamaya görə, "Avidity Biosciences"in alınması 12 milyard dollara baş tutacaq (hər səhm üçün 72 dollar - bazar qiymətindən 46% baha).
24 oktyabrda Nyu-York birjasında Avidity-nin səhm qiymətləri 1,2% artaraq 49,15 dollar səviyyəsində bağlanıb və bazar kapitallaşması təxminən 6,8 milyard dollar olub.
Əqəd 2026-cı ilin ilk yarısında tamamlanacaq.
İlin əvvəlindən İsveçrəli dərman istehsalçısı ABŞ-da üç biotexnologiya şirkətini alıb:
Anthos Therapeutics (3,1 milyard dollar) – insultun qarşısını alma dərmanı hazırlayan şirkət;
Regulus Therapeutics (1,7 milyard dollar) – mikroRNA əsaslı terapiya vasitələri;
Tourmaline Bio (1,4 milyard dollar) – sistemik iltihabı azaldan dərmanlar, əsas səbəb ürək-damar xəstəlikləri.
Aprel və iyul aylarında "Novartis" süd vəzi xərçəngi, skleroz və psoriaz dərmanları sayəsində illik gəlir proqnozunu artırıb. Şirkət son rübün nəticələrini 28 oktyabrda açıqlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)






.jpg)
