Azərbaycan Dəmir Yollar və Çinin Sian limanı anlaşdı
ADY və Çinin Sian Limanı beynəlxalq yükdaşıma əməliyyatlarını təkmilləşdirir: yeni Anlaşma Memorandumu imzalandı
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə bildirilib ki, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və dəhlizlə yük axınlarının artırılması məqsədilə ADY və Çinin Sian Limanı sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində iyulda ADY-nin Sian Limanında nümayəndəsi təyin edilib və illik yükaşırma gücü 20,000 TEU olan konteyner meydançası açılıb. Eyni zamanda ADY nümayəndələri sürətli məlumat mübadiləsi üçün Sian Limanının əməliyyat sisteminə girişlə təmin edilib.
Qeyd edilib ki, ADY bu ilin 9 ayı ərzində 296 blok-qatar, o cümlədən 113 tranzit qatar qəbul edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39% artım deməkdir. Analoji dövrdə ümumilikdə 103,134 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisindən (86,413) təxminən 20 faiz çoxdur.
Görüş çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC və Çinin Sian Limanı arasında Anlaşma Memorandumu imzalanıb.
ADY sədrinin müavini Arif Ağayev və “Xi’an International Port Group”un baş direktoru Yuan Syaodzyunun imzaladığı sənəddə beynəlxalq yükdaşımalar üzrə əlverişli mühitin yaradılması, rəqəmsallaşma sayəsində xidmət keyfiyyətinin artırılması və “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində Orta Dəhliz boyunca multimodal nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün birgə tədbirlər nəzərdə tutulur.
Tərəflər Anlaşma Memorandumunu imzalamaqla konteyner qatarlarının təşkili və istismar qaydalarının optimallaşdırılması, yüklərin daşınma müddətinin təkmilləşdirilməsi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının artırılması, dəhliz boyu dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi o cümlədən Xəzər dənizində yüklərin daşınması mexanizminin təkmilləşdirilməsi, Bakı – Tbilisi – Qars dəmir yolu xəttinin funksionallığının genişləndirilməsi, bu xəttin Türkiyə və Avropanın dəmir yolu şəbəkələri ilə əlaqəsinin daha səmərəli təşkili, Orta Dəhliz boyunca nəqliyyatın dayanıqlı inkişaf planının hazırlanması, daha çox tranzit yüklərin cəlbi və daşımaların həcminin artırılması istiqamətlərində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Həmçinin yükdaşımaların real vaxt rejimində monitorinqi məqsədilə elektron məlumat mübadiləsi sisteminin hazırlanması və tətbiqi barədə razılıq əldə olunub.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
ADY və Sian Limanının rəhbərliyi logistika infrastrukturuna birgə investisiya, birgə tikinti layihələrinin icrası və infrastrukturdan birgə istifadə modellərini fəal şəkildə araşdıracaqlarını bəyan ediblər.
Bundan başqa, tərəflər Orta Dəhliz boyunca yerləşən ölkələrdə müştərilərə yüksək səmərəli yükdaşıma xidmətləri göstərmək üçün Çin və ya Azərbaycanda sadələşdirilmiş biznes modeli əsasında şirkətin yaradılmasında maraqlı olduqlarını bildiriblər.
Qeyd edək ki, Çinin mərkəzində yerləşən Sian Limanı quru ərazidə olsa da, beynəlxalq ticarətə qapı funksiyası daşıyır, daxili bölgələr üçün dəniz limanlarına çıxış nöqtəsi rolunu oynayır. Sian Limanı Çinin qərb və mərkəzi bölgələrini Mərkəzi Asiya, Avropa və Yaxın Şərqlə birləşdirən dəmir yolu marşrutlarının əsas qovşağıdır. Bu liman vasitəsilə Çinin daxili bölgələrindən Avropaya, əsasən, elektronika, tekstil və kənd təsərrüfatı məhsulları ixrac olunur, eyni zamanda Avropadan və Mərkəzi Asiyadan enerji resursları, kimyəvi məhsullar və sənaye avadanlıqları idxal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
1 saat əvvəl
Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
-
-
1 saat əvvəl
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
-
2 saat əvvəl
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
-
2 saat əvvəl
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Almaniya bankı qızıl üzrə qiymət proqnozunu dəyişmədi - "6 MİN DOLLARA YÜKSƏLƏCƏK"
-
2 saat əvvəl
"Samsung" Azərbaycanın planşet bazarındakı payının 27 %-ni itirib
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
Ən çox oxunanlar
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
BYD, Xpeng və Li Auto-nin satışları azalıb, səhmləri ucuzlaşıb
"Prime Cotton" şirkəti 2025-ci ildə pambıq və tekstil sahəsində rekord nəticələrə imza atıb
Fevralın 3-də gözlənilən hava şəraiti
























