Tesla səhmdarları Elon Musk-a 1 trilyon dollarlıq ödənişi təsdiqləyib
Hədəflər arasında Tesla-nın yeni robotaksi (sürücüsüz taksi) biznesini genişləndirmək və şirkətin bazar dəyərini əlavə 7,5 trilyon dollar artırmaq kimi məqsədlər də var.Tesla şirkətinin səhmdarları, Baş İcraçı Direktor (CEO) Elon Musk-a performans hədəflərinə çatmaq şərti ilə təxminən 1 trilyon dollarlıq ödəniş paketinin verilməsini təsdiqləyiblər.
Marja xəbər verir ki, Texas ştatının Ostin şəhərində keçirilən illik səhmdarlar yığıncağında “2025 CEO Performans Mükafatı” da daxil olmaqla bir sıra təkliflər üzrə səsvermə aparılıb.
Səhmdarların 75 faizdən çoxu Musk-a ödənişin verilməsini nəzərdə tutan təklifin lehinə səs verib.
Performans şərtləri
Musk-ın bu ödənişi tam şəkildə ala bilməsi üçün müəyyən performans hədəflərini yerinə yetirməsi tələb olunur.
Sentyabr ayında səhmdarlara göndərilən məktubda Tesla-nın Direktorlar Şurası qeyd edib ki, əgər Musk şirkətə “fövqəladə maliyyə gəlirləri” qazandırsa və gələcək illərdə Tesla-da liderliyini davam etdirərsə, bu ödəniş həyata keçiriləcək.
Məktubda göstərilib ki, hədəflər arasında Tesla-nın yeni robotaksi (sürücüsüz taksi) biznesini genişləndirmək və şirkətin bazar dəyərini əlavə 7,5 trilyon dollar artırmaq kimi məqsədlər də var. Hazırda Tesla-nın bazar dəyəri 1,5 trilyon dollara yaxındır.
Bundan əlavə, Musk-ın mükafatı tam şəkildə ala bilməsi üçün 7,5–10 il ərzində şirkətdə qalması şərti də müəyyən edilib.
Əgər Tesla-nın bazar dəyəri 8,5 trilyon dollara yüksələrsə, Musk-a şirkətin təxminən 12 faiz səhm payı veriləcək.
Beləliklə, bu ödəniş paketinin ümumi dəyərinin təxminən 1 trilyon dollar olacağı bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)









