"Elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə etmişik"
Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyan ötən ay Kopenhagendə baş tutan görüş zamanı “Tramp marşrutu” üzrə ilk növbədə elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə ediblər.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən konfransında çıxışı zamanı bildirib.
“Gizlətmirəm, Kopenhagendə Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə etdik və ilkin olaraq belə qənaətə gəldik ki, ən operativ şəkildə elektrik xətlərinin və qaz kəmərinin tikintisini həyata keçirmək mümkündür”, - o deyib.
Paşinyan növbəti müzakirələr zamanı layihənin konturlarının daha da dəqiqləşəcəyinə ümidvar olduğunu bildirib. O, layihənin icrası yolunda heç bir maneə görmədiyini sözlərinə əlavə edib.
Xatırladaq ki, oktyabrın 2-də Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci sammiti çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilmişdi.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















