ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
(®) Müştərilərinə daim innovativ həllər və faydalı imkanlar təqdim edən ABB metro istifadəçiləri üçün yeni kampaniyaya start verib.
Kampaniya çərçivəsində Mastercard Tam DigiCard sahibləri metro keçidlərində Apple Pay və ya Google Pay vasitəsilə etdikləri hər 5-ci ödənişə görə 100% keşbek qazanacaqlar.
Hər beşinci tranzaksiyadan sonra keşbek məbləği avtomatik olaraq istifadəçinin hesabına qaytarılır. Kampaniya müddətində hər bir istifadəçi maksimum 6 dəfə 100% keşbek əldə edə bilər. Mastercard Tam DigiCard sahibi deyilsinizsə, kartı ABB mobile tətbiqi üzərindən və ya https://abb-bank.az/ rəsmi internet səhifəsindən onlayn sifariş edib qısa müddətdə aktivləşdirə və dərhal Apple Pay və ya Google Pay-ə əlavə edərək kampaniyadan yararlana bilərsiniz. Aksiya 10 dekabr 2025-ci il tarixinədək qüvvədədir.
Onu da qeyd edək ki, ABB-nin digər kart məhsulları ilə də metroda ödəniş etmək artıq mümkündür. Bu yenilik müştərilərə gündəlik gediş-gəlişdə daha geniş seçim imkanı verir, keçid prosesini sürətləndirir və nağdsız ödənişlərin rahatlığını artırır. İstifadəçilər uyğun cihazlarında Apple Pay və ya Google Pay vasitəsilə kartlarını əlavə edib metro turniketlərindən sürətli və təhlükəsiz keçidi təmin edə bilərlər.
ABB-nin müasir, rəqəmsal və faydalı məhsulları barədə daha ətraflı məlumatı filial və şöbələrdən, https://abb-bank.az rəsmi internet səhifəsindən, 937 qısa nömrəsi ilə əlaqə saxlayaraq Məlumat Mərkəzindən və sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 31 d. əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















