"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
(®) Gədəbəy rayonunda aktiv hasilat fəaliyyəti aparan Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti - “Azerbaijan International Mining Company Limited” (bundan sonra AIMC) yerli icmaların sosial-iqtisadi inkişafına dəstək məqsədilə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir.
2025-ci ilin 10 ayı (yanvar-oktyabr) ərzində AIMC yerli icmalarla işin təşkili, yerli əhalinin sosial rifahının yaxşılaşdırılmasına dəstək, təhsilin inkişafına töhfə, səhiyyə, idman və infrastrukturun təkmilləşdirilməsi sahələrində müxtəlif miqyaslı ümumilikdə 21 sosial layihənin icrasını həyata keçirib.
Qeyd edək ki, AIMC Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasında yerləşən bir sıra qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş əsasında Azərbaycanda fəaliyyət göstərən “R.V. Investment Group Services, LLC”-nin (Şirkət) operatorudur və bu istiqamətlər üzrə fəaliyyətin birbaşa icrasını həyata keçirir.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 21 iyun 2024-cü il tarixində təsdiq edilən Qanuna əsasən hasilatın pay bölgüsü haqqında saziş üzrə dövləti təmsil etmək səlahiyyəti 2024-cü ilin iyun ayının 21-dən etibarən “AzerGold” QSC-yə həvalə edilib.
Saziş şərtlərinə əsasən, “AzerGold” QSC Şirkətə fəaliyyətin səmərəli təşkili, mədən-filiz əməliyyatlarının həyata keçirilməsi istiqamətində dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın təmin edilməsi, geoloji kəşfiyyat, hasilat, istehsalat fəaliyyəti, ətraf mühitin mühafizəsi ilə yanaşı, yerli icmalarla işin təşkili və korporativ sosial məsuliyyət istiqamətlərində də dəstək göstərir.
“AzerGold”un bilavasitə dəstəyi nəticəsində qeyd edilən fəaliyyət istiqamətləri çərçivəsində qısa müddət ərzində ciddi nəticələr əldə olunub.
AIMC hesabat dövründə ucqar yaşayış məntəqələrində təhsil infrastruktununun inkişafına dəstək istiqaməti üzrə Gədəbəy rayonunun Söyüdlü kənd orta məktəbinin həyətində yerləşən ikisinifli məktəb binasının və digər köməkçi tikililərin əsaslı təmir-bərpa işləri və məktəb üçün 1 ədəd kitabxananın inşası işləri həyata keçirilib.
Söyüdlü və Qaradağ kəndlərində yerli əhalinin gündəlik həyat şəraitinin və kənd təsərrüfatı fəaliyyətlərinin yaxşılaşdırılması məqsədilə ümumi uzunluğu 18,5 kilometr təşkil edən kənddaxili yolların təmiri və bərpası üzrə işlər görülüb.
Torpaq yollarda kipləşdirmə, səthin sıyrılması və hamarlaşdırma işləri aparılıb. Yerli sakinlərin müraciəti əsasında Gədəbəy rayonunun Söyüdlü kəndinə aid təxminən 4 km uzunluğunda olan, sel sularının zərər vurduğu örüş yollarında dolğu materialı ilə bərkitmə və səth düzləndirmə işləri həyata keçirilib.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gədəbəy rayonunda uşaqlar arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə əsasən aztəminatlı və sosial ehtiyacı olan ailələrin azyaşlı övladları üçün göz müayinəsi aksiyası təşkil edilib.
Müayinələr əsnasında müxtəlif diaqnozlar aşkar olunaraq, müvafiq müalicə kursları təyin edilib.
Cari ilin 10 ayı ərzində əlamətdar günlər çərçivəsində Gədəbəy şəhəri də daxil olmaqla, Arıqdam, Söyüdlü, Qaradağ, Xarxar kəndləri və Qumlu yaşayış sahəsi ərazisində yaşayan aztəminatlı əhalinin sosial rifahının dəstəklənməsi məqsədilə 500 ailəyə ümumilikdə 2000-dən artıq ərzaq bağlaması paylanılıb.
Yerli gənclərin sosial aktivliyinin artırılması və sağlam həyat tərzinin təşviqi məqsədilə AIMC tərəfindən regionda idman və intellektual yarışlar təşkil edilib.
Eləcə də Gədəbəy rayonunda yaşayan gənclərin müxtəlif yerli və beynəlxalq idman turnirlərində iştirakına sponsor dəstəyi göstərilib.
Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların – şəhidlərin ailələrinə diqqət və qayğı AIMC-nin sosial məsuliyyət yanaşmasında əsas yer tutur.
Zəfər Günü münasibətilə şəhid ailələrinin Şuşa və Xankəndinə səfəri təşkil edilib, onlara mənəvi dəstək göstərilib və qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad edilib.
Bununla yanaşı, ötən dövr ərzində yerli icmalarla səmərəli əməkdaşlığın gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılıb.
Bu çərçivədə əhali ilə mütəmadi görüşlər təşkil olunub, onların təklif və problemlərinin dinlənilməsi, eləcə də sosial təşəbbüslərin icrasında ictimai iştirakçılığın artırılması təmin edilib.
Eyni zamanda, şirkət tərəfindən əvvəlki və yeni sosial layihələr sistemləşdirilərək, icmaların ehtiyaclarına uyğun prioritet istiqamətlər müəyyənləşdirilib.
Ötən dövr ərzində 433 vətəndaş müraciəti mövcud qanunvericilik və səlahiyyətlər çərçivəsində həll edilməsi üçün icraata götürülüb.
AIMC şirkəti fəaliyyət göstərdiyi regionlarda yerli strukturlar ilə birlikdə icmaların inkişafına yönəlmiş sosial layihələrin icrasını davamlı şəkildə həyata keçirir.
Şirkət sosial məsuliyyət layihələrini icmanın ehtiyacları və dayanıqlı inkişaf prinsipləri əsasında formalaşdırır.
Gələcək dövrdə AIMC tərəfindən Gədəbəy rayonunda sosial infrastrukturun təkmilləşdirilməsi, təhsil və səhiyyə sahələrinə dəstəyin genişləndirilməsi, eləcə də yerli icmaların rifahının yüksəldilməsi istiqamətində yeni təşəbbüslərin icrası planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 d. əvvəl
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
- 33 d. əvvəl
-
36 d. əvvəl
Dövlət Neft Fondunun səhm gəlirləri 3 ayda 1 milyard dollardan çox artıb
-
49 d. əvvəl
Türkiyədə Azərbaycan vətəndaşlarına mənzil satışı artıb - 11 AYDA 831 MƏNZİL
-
56 d. əvvəl
Hyundai 569 min avtomobilini geri çağırdı: ABŞ araşdırmanı bağladı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Hyundai 569 min avtomobilini geri çağırdı: ABŞ araşdırmanı bağladı
"Caucasus Auto"nun Bakıda yeni Baş ofisi açıldı
Ən çox oxunanlar
Rəsmi Moskva: Rusiya sövdələşməyə hazırdır
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
Neftin qiyməti 7 ay sonra ilk dəfə 60 dollardan aşağı düşdü
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
Bank yeni “Neftçilər” filialını istifadəyə verdi
Dekabrın 17-də gözlənilən hava şəraiti






















