970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi

AzVak-mobil_resmin_ustu_31
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
iç səhifə xəbər şəkil altı (mobil)_32

İstedadlara, gənclərin fərdi və karyera inkişafına davamlı dəstək göstərən ABB bu istiqamətdə daha bir layihəyə start verib.

Bank Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun və UNEC-in rektoru Ədalət Muradovun iştirakı ilə Universitetdə proqramın təqdimatı olub.

ABB-nin UNEC-lə birgə hazırladığı bu layihə universitet–biznes əməkdaşlığının xoş bir nümunəsidir. “Data və süni intellekt sertifikasiya proqramı”nın məqsədi ölkəmizin əmək bazarı üçün bu sahədə peşəkar kadrların yetişdirilməsidir. Proqramda iştirak üçün xüsusi seçim prosedurları əsasında UNEC-dən 22 tələbə seçilib. ABB-nin dəstəyi ilə onlara Universitetdə xüsusi dərslər tədris olunacaq. Bankda data və süni intellekt sahəsində çalışan peşəkar mütəxəssislər həmin tələbələrə dərs deyəcəklər. Proqramda yüksək səy göstərərək sertifikasiyadan uğurla keçmiş tələbələrin ABB-də bu sahə üzrə işəqəbulu imkanlarına da baxılacaq.

Təqdimat tədbirindəki çıxışı zamanı Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov ABB-nin son 3 ildə data və süni intellekt istiqamətinə ciddi sərmayə qoyduğunu, 160-dan çox generativ və prediktiv modeli uğurla tətbiq etdiyini və bu modellərin Bank üçün 30 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaratdığını diqqətə çatdırıb: “Süni intellekt ölkələrin gələcək inkişafının əsas drayverinə çevrilir. ABB olaraq qürur duyuruq ki, süni intellekt həllərini ölkəmizə ilk gətirən və bu sahəni sürətlə inkişaf etdirən biznes qurumlarından biriyik. İnanıram ki, tələbələrin proqramdakı uğurları öz gələcəklərinə də, ölkəmizdə rəqəmsal transformasiya proseslərinə də ciddi töhfə verəcək”.

17.11.2025 17:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19