Azərbaycan şirkəti dünyada nüfuzlu daşınmaz əmlak sərgində layihələrini təqdim edib
"PMD Group" "Cityscape Global 2025" sərgisində iştirak etmişdir. Şirkət sərgidə iştirakı ilə qlobal investorlarla əlaqələri dərinləşdirməyi və Azərbaycan daşınmaz əmlak bazarının potensialını beynəlxalq səviyyədə nümayiş etdirməyi hədəfləyərək sərgi çərçivəsində yaşayış və kommersiya sahələrində həyata keçirdiyi layihələri təqdim etmiş, həmçinin ölkəmizin müasir memarlıq, urbanizasiya və dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri vurğulamışdır.17–20 noyabr 2025-ci il tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində dünyanın ən nüfuzlu daşınmaz əmlak sərgilərindən biri olan Cityscape Global 2025 sərgisi keçirilmişdir.
“PMD Group” MMC və onun törəmə şirkətləri “PMD Projects” MMC və “FMG” MMC bu beynəlxalq tədbirdə Azərbaycan pavilyonu çərçivəsində iştirak etmişdir. Sərgi qlobal daşınmaz əmlak bazarına çıxış, yeni layihələrin təqdimatı və strateji tərəfdaşlıqların qurulması üçün mühüm platforma rolunu oynamışdır.
Cityscape Global 2025 ümumilikdə 577 şirkəti, 265 beynəlxalq nümayəndəni, həmçinin 172,000-dən çox ziyarətçini bir araya gətirərək builki sərginin rekord göstəricilərlə yadda qalmasına səbəb olmuşdur. İştirakçılar daşınmaz əmlak inkişafı, urbanizasiya, müasir tikinti və dayanıqlı inkişaf sahələri üzrə dünyanın aparıcı şirkətlərini təmsil etmişdir.
Sərgi boyunca Azərbaycan pavilyonunda təqdim olunan iri həcmli maketlər, arxitektura modelləri və yüksək səviyyəli təqdimatlar ölkəmizin inkişaf dinamizmini əks etdirmişdir. Ər-Riyadın sürətlə dəyişən şəhər mənzərəsi, “Vision 2030” çərçivəsində aparılan genişmiqyaslı layihələr və sərgidəki canlı atmosfer regionun qarşıdakı illərdə ciddi transformasiya mərhələsinə daxil olduğunu göstərmişdir.
Cityscape Global 2025 sərgisi daşınmaz əmlak sənayesinin müxtəlif istiqamətlərini əhatə edən genişmiqyaslı proqramla baş tutmuşdur. Ər-Riyad şəhərində keçirilən builki Cityscape Global, “Urban Living” – şəhər yaşayışının gələcəyi mövzusuna fokuslanaraq “Future of Living Summit”, “Developers & Architects (DnA) Stage”, “Innovation Arena” və “ESTAAD (Stadiums & Entertainment)” kimi beynəlxalq forumları bir araya gətirmişdir.
PMD Group sərgidə iştirakı ilə qlobal investorlarla əlaqələri dərinləşdirməyi və Azərbaycan daşınmaz əmlak bazarının potensialını beynəlxalq səviyyədə nümayiş etdirməyi hədəfləyərək sərgi çərçivəsində yaşayış və kommersiya sahələrində həyata keçirdiyi layihələri təqdim etmiş, həmçinin ölkəmizin müasir memarlıq, urbanizasiya və dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri vurğulamışdır.
PMD Group-un Cityscape Global 2025 sərgisində iştirakı Azərbaycanın daşınmaz əmlak sektorunun beynəlxalq miqyasda tanıdılması baxımından mühüm rol oynamışdır.
Sərgi çərçivəsində keçirilən görüşlər və təqdimatlar Azərbaycanın inkişaf modeli və özəl sektorun rolu barədə beynəlxalq auditoriyada daha geniş təsəvvür formalaşdırmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)

