"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək"
Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi üzrə investisiya qərarı gələn il veriləcək.
Bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində işlər davam etdirilir və növbəti mərhələ üzrə son investisiya qərarı gələn il veriləcək.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində 2029-cu ildən etibarən Azərbaycan üzrə neft və qaz hasilatında artım gözlənildiyi və artımın əsas mənbəyinin Abşeron qaz-kondensat yatağının tam miqyaslı işlənməsi olacağı əksini tapıb.
Proqnozlara görə, 2025-ci ildə ölkə üzrə neft hasilatı 28,6 milyon tondan 2026-cı ildə 27,6 milyon tona, 2027-ci ildə 27,1 milyon tona, 2028-ci ildə isə 26,6 milyon tona kimi azalacaq. Abşeron yatağının ikinci mərhələsinin istismara verilməsi isə 2029-cu ildə neft hasilatını 27,4 milyon tona yüksəldəcək. Bu isə 2028-ci illə müqayisədə 0,8 milyon ton və ya 3 faiz artım deməkdir.
Sənədə əsasən, qaz hasilatında da oxşar dinamika müşahidə olunacaq. 2025-ci ildə Azərbaycanda qaz hasilatı 38 milyard kubmetr, 2026-cı ildə 36,7 milyard kubmetr, 2027-ci ildə 36,7 milyard kubmetr, 2028-ci ildə isə 34,5 milyard kubmetr səviyyəsində gözlənilir.
Abşeron yatağının istismarı ilə 2029-cu ildə qaz hasilatın 37 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. Bu da 2028-ci illə müqayisədə 2,5 milyard kubmetr və ya 7,2 faiz artım deməkdir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 11 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















