OPEC+ iclası öncəsi neft ucuzlaşır
Neft, investorların ABŞ-ın rəhbərlik etdiyi Ukrayna müharibəsini bitirmək səylərini qiymətləndirdiyi və bu həftəsonu keçiriləcək OPEC+ toplantısını gözlədiyi bir zamanda ucuzlaşıb.
Marja xəbər verir ki, Brent markalı neft çərşənbə günü 1% bahalaşdıqdan sonra bir barel üçün təxminən 62 dollara qədər geriləyib, ABŞ xam nefti (WTI) isə 58 dollar ətrafında ticarət olunur.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun gələn həftə Rusiyada danışıqlara rəhbərlik etməsi gözlənilir. İnvestorlar hər hansı bir razılaşmanın əldə olunub-olunmayacağını və bunun xam neft axınlarına təsirini qiymətləndirirlər.
OPEC və onun müttəfiqləri 30 noyabrda toplantı keçirəcək. Qrup üzvlərindən səkkizi bu ayın əvvəlində 2025-ci il boyunca sürətlə artan təklif fonunda gələn ilin ilk rübündə əlavə hasilat artımlarını dayandırmaq qərarına gəlib.
Xam neft noyabr ayında ardıcıl dördüncü aylıq ucuzlaşmaya doğru gedir ki, bu da 2023-cü ildən bəri ən uzun itki dövrüdür. Qiymətlər təklifin tələbi üstələməsi səbəbilə yaranan artıq istehsal gözləntiləri və son olaraq Ukrayna üzrə diplomatik proseslərlə aşağı yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
33 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 40 d. əvvəl
- 42 d. əvvəl
-
51 d. əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)




