Arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirləcək
"Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi 2017-cü il oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23, ünvanda (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcəkdir. Sərgi-satış yarmarkasının açılışı 10 oktyabr tarixdə, saat 12-də olacaqdır. Bu barəd “Marja”ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabrın 19 –dən 30-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər;
-Şəxsiyyət vəsiqəsi
-Arıxananın baytarlıq pasportu (şəhadətnaməsi)
-Rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə
-Rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktubu
Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaqdır. Yarmarkaya hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcəkdir;
-Lənkəran iqtisadi rayonu üzrə - 18-20 sentyabr
-Kəlbəcər-Laçın və Yuxarı qarabağ iqtisadi rayonları üzrə - 21 sentyabr
-Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-23 sentyabr
-Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 24-25 sentyabr
-Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 26 sentyabr
-Naxçıvan iqtisadi rayonu üzrə - 27-28 sentyabr
-Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr
-Aran iqtisadi rayonu üzrə - 30 sentyabr
Eyni zamanda 2017-ci il oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcəkdir. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.
Əlaqə telefonları; 1652 (Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzi), (012) 498-94-47
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























