Kiçik və orta bizneslər xüsusi şərtlər ilə ulduz nömrələr ala biləcəklər - SƏNƏD İMZALANDI
"Fast Solutions" MMC və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) arasında Azərbaycanda KOB sektorunun inkişafını dəstəkləmək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Marja xəbər verir ki, bu əməkdaşlığın əsas məqsədi kiçik və orta biznes subyektlərinin müasir marketinq həllərinə çıxışını asanlaşdırmaq, onların kommunikasiya imkanlarını gücləndirmək və bazarda daha rəqabətli mövqeyə sahib olmalarına şərait yaratmaqdır.
Əməkdaşlıq çərçivəsində "Fast Solutions" MMC-nin təqdim etdiyi *Star4 ulduzla başlayan qısa nömrə xidməti (*xxxx) KOB-lar üçün xüsusi dəyər yaradır. Star4, bizneslərin müştərilər üçün daha asan yadda qalan əlaqə nömrəsi əldə etməsinə və bu nömrəni həm rəqəmsal platformalarda, həm də ənənəvi reklam kanallarında rahat və effektiv şəkildə təqdim etməsinə imkan verir. Bu yanaşma şirkətlərin brend tanınmasını gücləndirir, müştəri əlaqəsini sadələşdirir və satış yönümlü çağırışların nəticələrini artırır.
"Fast Solutions" və KOBSKA arasında qurulan əməkdaşlıq KOB-ların həm kommunikasiya, həm marketinq, həm də brend imici baxımından daha güclü mövqeyə çıxmasına dəstək verəcək.
Star4 xidməti KOBSKA üzvləri üçün təqdim edilən imkanlarla yanaşı, ölkədə fəaliyyət göstərən bütün digər biznes subyektləri üçün də eyni dərəcədə əlçatandır. Şirkətlər *xxxx formatlı qısa və yadda qalan ulduz nömrələri birbaşa www.star4.az üzərindən seçə və onlayn müraciət edə bilirlər. Seçilmiş nömrələr müqavilə əsasında rəsmiləşdirilir və operator şəbəkələri tərəfindən cəmi 5 iş günü ərzində aktivləşdirilir. Bu, bizneslərə sürətli, etibarlı və prestijli kommunikasiya xətti qurmaq imkanı verir.
Məlumat üçün:
Biznesiniz üçün yadda qalan və prestijli ulduz nömrəni indi asanlıqla seçə bilərsiniz.
Mövcud nömrələr və müraciət qaydaları ilə tanış olmaq üçün:
*6776
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 2 d. əvvəl
- 10 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















