Norm sement istehsalında emal olunmuş qazma şlamından istifadəni sınaqdan keçirib
Neft-qaz sektoru üçün quyu-tamponaj sementi təchiz edən Norm, öz növbəsində həmin quyulardan əldə edilən emal olunmuş qazma şlamını klinker istehsalında təkrar istifadə edəcək. Sənaye tullantılarından alternativ xammal kimi istifadə ətraf mühitə təsirin azaldılmasına, xammalın səmərəli istifadəsinə və dairəvi iqtisadiyyatın inkişafına gətirib çıxaracaq.Sement istehsalçısı "Norm" şirkəti Azərbaycanda sənaye tullantılarının təkrar istifadəsi istiqamətində növbəti addımı ataraq, neft-qaz sənayesində qazma əməliyyatlarından əldə edilən emal olunmuş qazma şlamı üzərində sənaye sınaqlarını müvəffəqiyyətlə tamamlayıb.
"Azeri M-I" tərəfindən təchiz olunan, təqribən 1000 ton emal olunmuş qazma şlamı Norm Sement Zavodunda klinker istehsalı zamanı alternativ xammal kimi istifadə edilib. Laboratoriya, emissiyaya nəzarət və əməliyyat testləri materialın sobada emalı üçün tələb olunan keyfiyyət, təhlükəsizlik və ətraf mühitlə bağlı bütün standartlara cavab verdiyini təsdiqləyib.
Sınaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə (ƏMTQ) müvafiq şəkildə həyata keçirilib və bütün mərhələlərdə tənzimləyici qaydalara, eləcə də ətraf mühitin tələblərinə uyğunluğuna tam nəzarət təmin edilib.
Layihə qazma əməliyyatları ilə sement istehsalı arasında dövri əlaqə formalaşdırır.Belə ki, neft-qaz sektoru üçün quyu-tamponaj sementi təchiz edən Norm, öz növbəsində həmin quyulardan əldə edilən emal olunmuş qazma şlamını klinker istehsalında təkrar istifadə edəcək. Sənaye tullantılarından alternativ xammal kimi istifadə ətraf mühitə təsirin azaldılmasına, xammalın səmərəli istifadəsinə və dairəvi iqtisadiyyatın inkişafına gətirib çıxaracaq.
Həmçinin, Azərbaycanın neft-qaz və sement sənayesi arasında əməkdaşlığın güclənməsinə və dayanıqlılıq məqsədlərinə doğru irəliləyiş əldə olunmasına şərait yaradacaq.
Tullantıları istehsal dövriyyəsinə qaytarmaqla, Norm resurs cəhətdən səmərəli və dairəvi iqtisadiyyata dəstək göstərəcək, eləcə də sement istehsalında ətraf mühitə təsiri azaltmaq üçün yeni yollar araşdırmağa davam edəcək.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 2 d. əvvəl
- 10 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















