Avropa bankı Azərbaycanın dövlət şirkətinin iri investisiya proqramının dəyərinin 50 %-nə qədərini maliyyələşdirməyə hazırdır
Avropa İnvestisiya Bankı (EIB) Bakı Metropoliteninin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı investisiya proqramının dəyərinin 50 %-nə qədərini maliyyələşdirməyə hazırdır.
Bu barədə sorğusuna cavab olaraq bankdan bildirilib.
Qeyd olunub ki, Azərbaycan hökumətinin ilkin qiymətləndirmələrinə görə, paytaxtın metro sisteminin modernləşdirilməsi üçün 2,5-3 milyard avro məbləğində vəsait tələb olunacaq. Hazırda EIB layihənin ilkin qiymətləndirilməsini aparır. 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 zamanı bank Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Anlaşma Memorandumu imzalayıb ki, bu da əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım olub. Sənəd metronun modernləşdirilməsi, genişləndirilməsi və yenilənməsi layihəsinin hazırlanması və qiymətləndirilməsi üçün hərtərəfli texniki yardımı və çərçivənin yaradılmasını nəzərdə tutur.
EIB texniki yardım layihəsinin həyata keçirilməsinə 2026-cı ilin fevral ayında başlamağı planlaşdırır. Layihənin müddəti təxminən 30 aydır.
Bankın məlumatına görə, EIB-nin təklif etdiyi çərçivə krediti irimiqyaslı alt layihələri, o cümlədən mövcud şəbəkənin modernləşdirilməsi və səmərəliliyinin artırılmasını; "Xocəsən" deposunun genişləndirilməsi ilə "Bənövşəyi" xəttin uzadılmasını; "Dərnəgül" deposunun tikintisi ilə "Yaşıl" xəttin uzadılmasını; şəbəkənin genişləndirilməsi və mövcud xətlərdə hərəkət tezliyinin artırılması üçün yeni qatarların alınmasını əhatə edəcək
"Zəruri tədqiqatların və sənədlərin hazırlanması üçün EIB bir neçə texniki yardım mənbəyindən istifadə edəcək. Xüsusilə İqlim Riskləri və Həssaslığın Qiymətləndirilməsi (CRVA) və İqlim Dəyişikliyinə Adaptasiya Planının (CAP) hazırlanması üçün "Urban Projects Finance Initiative"dən (UPFI) qrantın alınması gözlənilir. Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ESIA), Ekoloji və Sosial İdarəetmə Planı (ESMP) və s. hazırlanması üçün Şərq Tərəfdaşlığı Texniki Yardım Fondundan (EPTATF) vəsait cəlb ediləcək. Bundan başqa, icra mərhələsində nəzarət və ixtisaslaşdırılmış ekspert yardımının təmin edilməsi üçün Qonşuluq İnvestisiyası Platformasının (NIP) dəstəyi tələb olunacaq.
Qeyd olunan istiqamətlər üzrə konsaltinq xidmətlərinin 2026-cı ilin birinci yarısından gec olmayaraq əldə edilməsi planlaşdırılır və işlər təxminən 18 ay ərzində yerinə yetiriləcək. Bununla paralel olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə layihənin icra bölməsinin (PIU) yaradılması zəruriliyi ilə bağlı ilkin müzakirələr aparılır. Konkret öhdəliklər və planlar qiymətləndirmə mərhələsində dəqiqləşdiriləcək", - bankdan vurğulayıblar.
Qeyd edək ki, daha əvvəl Asiya İnkişaf Bankı "Bakı Metropoliteni" QSC-nin inkişafı üçün Azərbaycana 1 milyard ABŞ dollarına yaxın kredit verməyə hazır olduğunu bildirib. Bundan başqa, "Bakı Metropoliteni"nin Asiya İnfrastruktur İnvestisiya Bankından maliyyə vəsaiti cəlb etməsi barədə də məlumat verilib.
© "Report"
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















