Beynəlxalq Valyuta Fondu Çin üzrə iqtisadi artım proqnozunu yüksəldib
Beynəlxalq Valyuta Fondu (BVF) Çin iqtisadiyyatına dair böyümə (iqtisadi artım) proqnozlarını 2025-ci il üçün 4,8 faizdən 5 faizə, 2026-cı il üçün isə 4,2 faizdən 4,5 faizə qaldırıb.
Marja.az-ın məlumatına görə, BVF-nin açıqlamasında qeyd edilib ki, təşkilatın 4-cü Maddə (Məsləhətləşmə) çərçivəsində BVF heyətinin Çinə səfərindən sonra əldə olunan ilkin müşahidələr paylaşılır.
BVF qeyd edib ki, Çin iqtisadiyyatının 2025-ci ildə 5 faiz, 2026-cı ildə isə 4,5 faiz artacağı proqnozlaşdırılır. Əvvəlki proqnozlar müvafiq olaraq 2025 üçün 4,8 faiz, 2026 üçün 4,2 faiz idi.
Qeyd olunub ki, bu proqnozlar oktyabrda dərc edilən Dünya İqtisadi Proqnozlar hesabatındakı proqnozlar ilə müqayisədə müvafiq olaraq 0,2 və 0,3 bəndlik yuxarı korrektələri əks etdirir. Açıqlamada bu artımın məmnuniyyətlə qarşılanan makroiqtisadi siyasət stimullarına və Çin ixracına tətbiq olunan gözləniləndən aşağı tariflərə bağlı olduğu vurğulanıb.
Bildirilib ki, davamlı artıma baxmayaraq, zəif daxili tələbat və deflyasiya təzyiqləri davam edir, buna görə də iqtisadiyyatda qeyri-tarazlıqlar hələ də əhəmiyyətli olaraq qalır. Həmçinin, ticarət tərəfdaşlarına nisbətən daha aşağı inflyasiyanın real valyuta məzənnəsində dəyər itirilməsinə səbəb olduğu, bunun da güclü ixrac və artan cari profisitə təsir etdiyi qeyd olunub.
Əsas siyasət prioritetinin hökumətin 15-ci Beşillik Planında müəyyən etdiyi hədəflərdən biri olan istehlaka əsaslanan iqtisadi artım modelinə keçid olduğu qeyd edilib. Bu transformasiyanın daha güclü və təcili ekspansiv makroiqtisadi siyasətlər, yüksək ailə təsərrüfatı yığımlarını azaltmağa yönəlmiş tənzimləmələr, səmərəsiz investisiyalar və lüzumsuz sənaye siyasəti dəstəklərinin azaldılmasını tələb etdiyi vurğulanıb.
Qeyd olunub ki, bu siyasət paketi eyni zamanda xarici qeyri-tarazlıqları da azaldacaq. Açıqlamada artan risklərlə mübarizə və güclü orta +müddətli artımın qorunması üçün əlavə addımların atılmasının vacibliyi vurğulanaraq, maliyyə və fiskal çərçivələrdə islahatların aparılması, dövlət, daşınmaz əmlak və maliyyə sektorlarında balansların sağlamlaşdırılması, xidmət sektorunun daha çox açılması və şirkətlər arasında rəqabətçi neytrallığın təşviqi daxil olmaqla bazar yönümlü islahatlara ehtiyac olduğu qeyd edilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















