Dövlət Neft Fondunun səhm gəlirləri 3 ayda 1 milyard dollardan çox artıb
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhm portfeli üzrə gəlirləri 3 ayda 1 milyard dollardan çox artıb.
Bu barədə Fonddan bildirilib. Belə ki, ARDNF indiyə kimi, səhm indeksləri üzrə 7,1 mlrd. dollar investisiya edib. Fondun yaranma tarixindən bu il oktyabrın 1-nə kimi bu investisiyalardan əldə etdiyi gəlirlər isə 8,8 mlrd. dollara çatıb. Halbuki, bu rəqəm ilin ilk yarısı üzrə 7,7 mlrd. dollar təşkil etmişdi. Başqa sözlə, bir rübdə Fondun səhm üzrə gəlirləri 14,3% və ya 1,1 mlrd. dollar artıb. Bu isə qısa müddətdə yüksək göstərici hesab olunur.
Ümumilikdə, ARDNF-nin səhm portfelinin dəyəri üç ayda 14,8 mlrd. dollardan 15,9 mlrd. dollara yüksəlib.
Fonddan bildirilib ki, 2025-ci ilin üçüncü rübündə MSCI World indeksində müşahidə olunan artım əsasən qlobal səhm bazarlarında, xüsusilə inkişaf etmiş ölkələrdə qeydə alınan genişmiqyaslı qiymət yüksəlişi ilə izah olunur.
“Müsbət makroiqtisadi göstəricilər, gözləntiləri üstələyən korporativ maliyyə nəticələri, eləcə də texnologiya və süni intellekt (AI) sektorlarına artan maraq investorların riskli aktivlərə yönəlməsini gücləndirib”- açıqlamada əlavə edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)

