970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslərin həlak olub.

Bunu Liviya Baş naziri Əbdülhəmid Dibeybe bildirib.

Baş nazirin bəyanatında deyilir ki, faciəvi qəza zamanı Liviya Baş Qərargah rəisi general Məhəmməd Həddad və onu müşayiət edən şəxslər həyatını itirib.

Həlak olanlar arasında quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Katiwi, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.

“Türkiyədən rəsmi səfərdən qayıdarkən baş vermiş bu faciəli və kədərli qəza nəticəsində onların hamısının həyatını itirdiyi xəbəri bizi dərindən sarsıtdı”, – deyə Dibeybe bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

XXX

Təyyarə qəzasının araşdırılması üçün dörd prokuror təyin edilib

Ankaranın Esenboğa Hava Limanından Tripoliyə uçan və Liviya Baş Qərargah rəisini, eləcə də onu müşayiət edən şəxsləri daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı istintaq başlanılıb.

Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlama verib.

Nazirin sözlərinə görə, qəzanın araşdırılması üçün bir dövlət prokurorunun müavini tərəfindən koordinasiya edilən dörd prokuror təyin olunub.

İstintaq çərçivəsində qəzanın səbəblərinin və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

XXX

Ankaranın Esenboğa Hava Limanından Tripoliyə uçan təyyarənin qalıqları Haymana rayonunun Kesikkavak kəndindən 2 kilometr cənubda hadisə yerinə ezam olunmuş axtarış-xilasetmə heyəti tərəfindən aşkarlanıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

XXX

Dekabrın 23-də axşam saat 20:10-da Ankaranın Esenboğa Hava Limanından Tripoliyə uçan, quyruq nömrəsi 9H-DFJ olan Falcon-50 tipli biznes jeti ilə saat 20:52 radələrində əlaqə kəsilib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya paylaşım edib.

Məlumata görə, təyyarədən Haymana ətrafında təcili eniş barədə bildiriş daxil olub. Lakin bundan sonra hava gəmisi ilə yenidən əlaqə yaratmaq mümkün olmayıb.

Bildirilib ki, təyyarədə Liviyanın Baş Qərargah rəisi, general-polkovnik Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin olub.

24.12.2025 00:46

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18