Paytaxtda unikal piyada körpüsü inşa edilib - VİDEO/FOTO
“Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər” layihəsinin Fəvvarələr meydanı parkını və Ağ Şəhər Bulvarını birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, uzunluğu 234 metr, eni isə 7-13 metr arası dəyişən piyada körpüsü bir aşırımlı olmaqla layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə “asılıb”.
Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsaslında, keyfiyyətli tikinti və dizayn materiallardan istifadə olunaraq icra edilib.
Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzinti edir. Bu səbəbdən körpü “Bakı Ağ Şəhər”də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq.
Piyadalar körpü vasitəsilə Zaman meydanına, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər isə gələcəkdə metronun yeni "Ağ Şəhər" stansiyasına keçidi təmin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 40 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
- 52 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir














.jpg)








