Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Tramp İranı hədələdi: İnsanlar öldürüləcəyi halda, sizi çox sərt vurarıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp İranı hədələdi: İnsanlar öldürüləcəyi halda, sizi çox sərt vurarıq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp İranda davam edən etirazlar zamanı ölüm baş verəcəyi təqdirdə Vaşinqtonun sərt hərbi cavab verəcəyini bildirib.

Marja.az xəbər verir ki, ABŞ Prezidentinin müavini Cey Di Vens isə İrandakı etirazları yaxından izlədiklərini qeyd edərək, dinc aksiyalara dəstək verdiklərini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp İranda davam edən etirazlar zamanı insanların öldürüləcəyi halda Vaşinqtonun “İranı çox sərt vuracağını” deyib.

“The Hugh Hewitt Show” proqramına qatılan Tramp İrandakı etirazlarda çox böyük kütlələrin toplandığını və bəzi yerlərdə izdiham yaşandığını bildirib.

Etirazlar zamanı həyatını itirənlərin olduğunu deyən Tramp, məsuliyyətin dəqiq olaraq kimə aid olduğundan əmin olmadığını vurğulayıb və bu cür hadisələrin davam edəcəyi təqdirdə İranın ağır bədəl ödəyəcəyini söyləyib.

Tramp bildirib: “Onlar çox pis vəziyyətdədirlər. Onlara bunu da çatdırdım: Əgər insanları öldürməyə başlasalar onları çox sərt şəkildə vuracağıq”.

Kubanın ciddi böhran içində olduğunu deyən Tramp, “Hələ tamamilə çökməyiblər, amma daxili dinamikaları ilə buna xeyli yaxınlaşdıqlarını düşünürəm” deyə bildirib.

Vensdən İrandakı etirazçılara dəstək mesajı

ABŞ Prezidentinin müavini Cey Di Vens İranda davam edən etirazları yaxından izlədiklərini bildirərək, dinc etirazlara qatılan və təşkilatlanma, eləcə də ifadə azadlığı hüquqlarından istifadə etməyə çalışan hər kəsi dəstəklədiklərini deyib.

İranda nə baş verir?

İranda 28 dekabr 2025-ci ildə yerli valyutanın xarici valyutalar qarşısında ciddi dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehran Qapalı Bazarındakı ticarətçilərin başladığı etirazlar qısa müddətdə bir çox şəhərə yayılıb.

Etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməsə də, İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) 7 yanvar tarixində yayımladığı hesabatda, aralarında 4 polis əməkdaşının da olduğu 38 nəfərin həyatını itirdiyini, onlarla insanın yaralandığını və 2 min 217 nəfərin saxlanıldığını bildirib.

Tesnim Xəbər Agentliyi isə etirazlar zamanı yaralanan polis əməkdaşlarının sayının 568-ə, “Bəsic” adlı hərbiləşdirilmiş milis qüvvələrinin üzvlərinin sayının isə 66-ya yüksəldiyini açıqlayıb.

09.01.2026 07:29

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18