Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir - Aqrar əməkdaşlıq genişləndiriləcək
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti İsraildə səfərdədir. Təl-Əvivdə Azərbaycan və İsrailin kənd təsərrüfatı nazirlərinin görüşü keçirilibAzərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyətinin İsrailin kənd təsərrüfatı sahəsində aparıcı tədqiqat və araşdırma mərkəzlərinə baş çəkməsi, həmçinin “Gələcəyin Dənizi” II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammitində iştirakı nəzərdə tutulur.
Səfərin ilk günü İsrailin Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyində Azərbaycan və İsrail nümayəndə heyətləri arasında görüş keçirilib. Qonaqları salamlayan İsrailin kənd təsərrüfatı və aqrar inkişaf naziri Avi Dixter çətin dövrlərdə Azərbaycanın İsrailin ərzaq təhlükəsizliyinə verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. Ölkəmizə səfərini xatırladan nazir qeyd edib ki, ötən müddət ərzində iki ölkə arasında aqrar sahədə əməkdaşlıq perspektivləri daha da genişlənib. Avi Dixter aparılacaq müzakirələrin kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılmasına, heyvandarlıq və toxumçuluq sahələrində müasir texnologiyaların transferinə, aqrar tədqiqatlar və təcrübə proqramları üzrə əməkdaşlığın genişləndirilməsinə, eləcə də suvarma sahəsində İsrail təcrübəsindən istifadə imkanlarının artırılmasına töhfə verəcəyini vurğulanıb.
Nazir Məcnun Məmmədov Azərbaycan və İsrail arasında bütün sahələrdə münasibətlərin dinamik şəkildə inkişaf etdiyini, hər iki tərəfin aqrar sahədə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu bildirib. O qeyd edib ki, iki il öncə Bakıda imzalanmış iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi bu əməkdaşlığın yeni mərhələyə yüksəlməsində mühüm rol oynayıb.
Müzakirələr zamanı qeyd olunan Yol Xəritəsinin daha da təkmilləşdirilməsi barədə qarışlıqlı ilkin razılıq əldə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdən sonra nazir Məcnun Məmmədov Volcani Institute Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə tanış olub. Nazirə Mərkəzin fəaliyyəti və kənd təsərrüfatı sahəsində aparılan elmi araşdırmaların əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, institut yerli və xarici mütəxəssislər üçün beynəlxalq səviyyədə aspirantura üzrə tədqiqat imkanları yaradır, eyni zamanda digər səviyyələrdə də təhsil proqramları təqdim edir. Hazırda İsrailin Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyinin aqrar tədqiqatlar üzrə əsas qurumu kimi fəaliyyət göstərən institut bitkiçilik, heyvandarlıq, bitki mühafizəsi, torpaq və ətraf mühit elmləri, eləcə də qida elmləri sahələrində aparılan elmi tədqiqatları dəstəkləyir. Tərəflər Azərbaycan və İsrailin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi tədqiqat institutları və araşdırma mərkəzləri arasında əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat sonra
-
-
4 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
5 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 5 saat əvvəl
-
6 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
6 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















