Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Google-un ana şirkəti olan Alphabet-in bazar dəyəri ABŞ-da bazarların açılmasından sonra artıma keçərək ilk dəfə 4 trilyon dollar həddini aşıb.ABŞ-ın texnologiya nəhənglərindən biri olan Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dollar səviyyəsinə çatıb.
Marja.az xəbər verir ki, Google-un ana şirkəti Alphabet-in səhmləri ABŞ-da bazarların açılmasından qısa müddət sonra 1,6 faiz bahalaşaraq 334,44 dollara yüksəlib və bununla da bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb.
Bu bahalaşma ilə Alphabet-in bazar dəyəri müvəqqəti olaraq 4 trilyon dolların üzərinə çıxıb və şirkət bu həddi aşan Nvidia, Microsoft və Apple-dan sonra dördüncü şirkət olub.
Apple AI əsaslı Siri üçün Gemini-ni seçdi
Alphabet səhmlərindəki artımın Apple-ın ağıllı köməkçisi Siri üçün Google-un süni intellekt modeli Gemini-ni seçdiyinə dair xəbərlərdən sonra baş verməsi diqqət çəkib.
Şirkət səhmləri Bakı vaxtı ilə saat 23:20-yə olan məlumata görə 330,50 dollar səviyyəsində ticarət olunarkən, Alphabet-in ümumi bazar dəyəri 3,992 trilyon dollar səviyyəsinə geriləyib.
Alphabet hazırkı səhm qiyməti əsasında bazar dəyərinə görə ABŞ-ın ən dəyərli ikinci şirkəti mövqeyindədir.
Alphabet-in bazar dəyəri 2025-ci ilin sentyabr ayında 3 trilyon dollara çatmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























