Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Azərbaycanda telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Premiumnetaz” MMC-nin internet telekommunikasiya xidməti göstərən provayder kimi uçotunun ləğv olunmasını təmin edib.
İKTA-nın apardığı araşdırma zamanı Cəmiyyətin internet telekommunikasiya xidməti göstərən provayder kimi uçota alınması məqsədilə təqdim etdiyi sənədlərdə sonradan yanlış məlumatlar əlavə olunduğu aşkarlanıb.
Qeyd olunan hal Nazirlər Kabinetinin 12 oktyabr 2017-ci il tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”na əsasən uçotun ləğvi üçün birbaşa hüquqi əsas yaratdığından, bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müvafiq inzibati akt qəbul edib və “Premiumnetaz” MMC-nin internet telekommunikasiya xidməti göstərən operator kimi uçotu ləğv olunub.
İKTA internet xidmətlərindən istifadə zamanı abunəçilərin hüquqlarının və maraqlarının qorunmasının vacibliyini xüsusi olaraq vurğulayır və abunəçilərə yalnız qanunvericiliyə uyğun olaraq uçota alınmış operator və provayderlərin xidmətlərindən istifadəni tövsiyə edir. Uçota alınmamış operator və provayderlərin xidmətindən istifadə onun davamlılığına, keyfiyyətinə və istehlakçı hüquqlarının qorunmasına ciddi risklər yarada, eyni zamanda şikayət və hüquqi müdafiə mexanizmlərindən istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.
Qeyd edək ki, internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alınmadan fəaliyyət göstərməsi yolverilməzdir və bu hal mövcud qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır.
Agentlik xəbərdarlıq edir ki, uçota alınmamış internet provayderləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək.
Belə ki, uçota alınmadan internet telekommunikasiya xidməti göstərən hüquqi və fiziki şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tədbirlər tətbiq edilə, onların fəaliyyəti məhdudlaşdırıla və ya dayandırıla bilər. Abunəçilərə xidmət müqaviləsi bağlamazdan əvvəl operator və provayderin rəsmi uçot statusunu Nazirliyin və İKTA-nın internet informasiya ehtiyatları vasitəsilə yoxlamaları tövsiyə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
























