"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo Asian Mining Plc." (AAM) şirkəti 2025-ci ildə 25,061 min unsiya qızıl hasil edib.
Şirkətin məlumatına görə, bu, 2024-cü illə müqayisədə 1,7 dəfə çoxdur.
Ötən il qızıl hasılatının həcmi 25-28 min unsiya olan yenilənmiş illik proqnozun aşağı həddinə uyğun olub.
Hesabat dövründə şirkətin gümüş hasilatının həcmi isə 153,332 min unsiya (5,4 dəfə çox) təşkil edib.
2025-ci ildə mis hasilatı isə 7,915 min ton (21 dəfə artım) olub. Bu göstərici 8,1-9 min ton olmaqla yenidən nəzərdən keçirilmiş proqnozdan aşağıdır. Şirkət bunu "Dəmirli" yatağında kürə dəyirmanında aparılan texniki xidmətin filizin ötürücülük qabiliyyətini məhdudlaşdırması ilə izah edib. Eyni zamanda "Gədəbəy" yatağından 4,787 min ton, "Dəmirli" yatağından isə 3,128 min ton mis hasil edilib.
Ötən il dünya bazarlarında qızıl külçə satışları 19,631 min unsiya (28,7 % çox) təşkil edib. Qızılın orta satış qiyməti 3,441 min ABŞ dolları/unsiya olub. 2024-cü ildə şirkət üzrə qızılın bir unsiyasının orta satış qiyməti 2,432 min ABŞ dolları təşkil edib", - məlumatda qeyd olunub.
Hesabat dövründə AAM 23,148 min ton mis konsentratı (12,5 dəfə çox) hasil edib və bunun 20,317 min tonu (13,5 dəfə çox) 47,3 milyon ABŞ dollarına (16,9 dəfə çox) satılıb.
Bundan əlavə, şirkət qeyd edib ki, 31 dekabr tarixinə 27,6 milyon ABŞ dolları məbləğində borc, 2,5 milyon ABŞ dolları xalis pul vəsaitinə malik olub. 2025-ci il dekabrın 31-nə satılmamış qızıl-filiz ərintisi (dore) və mis konsentratı ehtiyatları 37,7 milyon ABŞ dolları məbləğində olub. Bu ehtiyatlara hər tonu 12 504 ABŞ dolları dəyərində olmaqla, tərkibində 2 457 ton mis olan konsentrat da daxildir.
"Dəmirli" kürə dəyirmanında təmir işlərinin aparılması zərurəti səbəbindən mis istehsalı üzrə proqnozlaşdırılan göstəricilərə bir qədər çata bilməməyimiz bizi məyus etdi. Lakin bu, satışların əla nəticələri və əlverişli metal qiymətləri ilə kompensasiya edilib. İlə çox güclü mövqedə başlayırıq. "Dəmirli" və "Gilar" layihələri indi gözləntimizə uyğun işləyir və metal qiymətləri əlverişli olaraq qalır. Biz, həmçinin perspektivli mis hasilatı layihələrimiz – "Xarxar" və "Qaradağ" yataqlarında ümidverici nəticələr əldə edirik", - "Anglo Asian Mining"in baş direktoru Reza Vaziri bildirib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























