Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi təşkilatı "Fitch Ratings"in açıqlamasında - neft qiymətlərində dalğalanma artsa da, qlobal bazarda təklif artığı səbəbindən geosiyasi risk mükafatının (bahalaşma effektinin) məhdud qalacağı proqnozlaşdırılır və bunun İran və Venesueladakı istehsal qeyri-müəyyənliklərini balanslaşdıra biləcəyi vurğulanır.

Marja.az xəbər verir ki, açıqlamada İranda baş verə biləcək mümkün təklif kəsintilərinin (hasilatın azalmasının), təklif artığı olan qlobal bazar tərəfindən qarşılanacağı qeyd edilib.

Venesuelada potensial təklif artımının qısa müddətdə məhdud qalacağı, uzun müddətdə isə əhəmiyyətli istehsal artımının çox çətin olacağı bildirilib. Neft İxrac Edən Ölkələr Təşkilatı-nın (OPEC) həcmlə dəyər arasında edəcəyi strateji seçimlərin neft bazarının istiqamətini müəyyənləşdirmədə kritik rol oynayacağı vurğulanıb.

Fitch belə bir qiymətləndirmə verib:

“Qlobal neft bazarının 2026-cı ildə də təklif artığı (neft bolluğu) verməyə davam edəcəyi gözlənilir. Fitch 2025-ci ildə gündəlik 3 milyon barrel təklif artımı olduğunu, 2026-cı ildə isə bunun 2,5 milyon barrel daha artacağını proqnozlaşdırır. Buna qarşılıq tələb artımının hər iki ildə də yalnız təxminən 0,8 milyon barrel səviyyəsində qalacağı gözlənilir.”

“Venesuelanın neft istehsalında 15 il əvvələ qayıtması çətindir”

Fitch-in açıqlamasında, Venesuelanın qlobal sübut edilmiş neft ehtiyatlarının təxminən 17 faizinə sahib olmasına baxmayaraq, 2025-ci ilin noyabr ayına olan məlumata görə qlobal xam neft istehsalının yalnız 0,8 faizini həyata keçirdiyi bildirilib. Sanksiyalar və yetərsiz investisiyalar səbəbindən ölkənin neft istehsalının son 15 ildə ciddi şəkildə azaldığı qeyd olunub.

Fitch Venesuelada 2010-cu ildə gündəlik 2,5 milyon barrel olan neft istehsalının 2024-cü ildə 0,88 milyon barrelə düşdüyünü bildirib. 2025-ci ilin sentyabr-oktyabr dövründə təxminən 1 milyon barrel səviyyəsində olan istehsalın, 2025-ci ilin noyabrında sanksiyalar və ABŞ ilə gərginliklər səbəbindən 0,86 milyon barrelə gerilədiyi qeyd edilib. Ölkənin neft ixracının da gündəlik 0,67 milyon barrelə endiyi bildirilib.

Venesuelada üzən anbarlarda və quru anbarlarda saxlanılan xam neftin satışa çıxarılması və sanksiyaların ləğv edilməsinin qısa müddətdə istehsalı gündəlik təxminən 1 milyon barrel səviyyəsinə çıxara biləcəyi qeyd olunub. Lakin bu artımın qlobal bazarlara əhəmiyyətli təsir etməsinin gözlənilmədiyi vurğulanıb. Açıqlamada Venesuelanın neft istehsalının 2010-cu il səviyyəsinə geri dönməsinin ciddi çətinliklər daşıdığı qeyd olunub.

İran neft ixracını Çin və Hindistana yönləndirib

Təşkilat İranın qlobal bazarda Venesuela müqayisədə daha böyük tədarükçü olduğunu qeyd edərək ölkənin gündəlik neft istehsalının 3,5 milyon barrel, ixracının isə 2 milyon barrel civarında olduğunu bildirib.

ABŞ-ın 2025-ci ilin noyabrında İranın ticarət və dənizçilik şirkətlərinə qarşı sanksiya açıqlamasına baxmayaraq, İranın neft təklifinin ümumilikdə sabit qaldığı da qeyd edilib.

Açıqlamada, “İranın istehsalında ciddi kəsintilər qiymətləri yuxarı qaldıra bilər, lakin qlobal təklif artığı səbəbindən təsirin yenə də məhdud qalacağı gözlənilir” qiymətləndirməsinə yer verilib. Həmçinin Rusiyanın neft istehsalının da gündəlik təxminən 9,3 milyon barrel səviyyəsində sabit qaldığı bildirilib. İran neft ixracının böyük hissəsini Çin və Hindistana yönəltdiyi qeyd olunub.

ABŞ və Böyük Britaniyanın Rusiyanın neft şirkətləri Lukoil və Rosneftə qarşı son sanksiyalarının, bu şirkətlərin Rusiya neft ixracının təxminən 50 faizini təşkil etməsi səbəbindən ixracı azalda biləcəyi qeyd edilib. Açıqlamada “Rusiya-Ukrayna sülh müqaviləsi və sanksiyaların ləğvi qısa müddətdə Rusiyanın həcmlərinə məhdud təsir edəcək olsa da, təklif artığı olan bazarda qiymət dalğalanmalarını daha da artıra bilər” ifadəsi yer alıb.

Fitch Ratings beynəlxalq kredit reytinqi neft qiymətləri dalğalanma qlobal bazar təklif artığı geosiyasi risk mükafatı İran Venesuela istehsal qeyri-müəyyənliyi təklif kəsintiləri hasilatın azalması qlobal təklif OPEC həcmlə dəyər strateji seçim neft bazarı 2026 proqnozu neft bolluğu təklif artımı tələb artımı gündəlik barrel 2025 proqnozu 2026 proqnozu Venesuelanın neft istehsalı sübut edilmiş neft ehtiyatları sanksiyalar investisiyalar neft istehsalının azalması 2010 istehsal 2024 istehsal 2025 istehsal neft ixracı üzən anbar quru anbar satışa çıxarılması sanksiyaların ləğvi qlobal bazar təsiri 2010 səviyyəsi İran neft ixracı Çin Hindistan ticarət sanksiyaları dənizçilik sanksiyaları təklif sabitliyi qiymət artımı Rusiyanın neft istehsalı Lukoil Rosneft ABŞ sanksiyaları Böyük Britaniya sanksiyaları Rusiya neft ixracı Rusiya-Ukrayna sülh müqaviləsi qiymət dalğalanmaları.
17.01.2026 14:35

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18