Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İcbari Sığorta Bürosunun yenilənmiş internet səhifəsi istifadəyə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari Sığorta Bürosunun yenilənmiş internet səhifəsi istifadəyə verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İcbari Sığorta Bürosu” (İSB) Hüquqi Şəxslərin İttifaqı vətəndaşlara və sığorta bazarının iştirakçılarına göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əsas prioritetlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq İSB-nin internet səhifəsi - www.isb.az  təkmilləşdirilmiş formada və yeni dizaynda istifadəyə verilib.  

Büronun yaydığı məlumatda bildirilir ki, saytın yenilənməsində məqsəd istifadəçilər üçün daha rahat, çevik və funksional platformanın yaradılması, informasiya əlçatanlığının artırılmasıdır.  

Yenilənmiş veb səhifə müasir dizayn və təkmilləşdirilmiş struktur əsasında hazırlanıb, istifadəni asanlaşdıran yeni texniki imkanlarla zənginləşdirilib. Saytda naviqasiya sistemi daha sadə formaya salınıb, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və ingilis dillərində istifadə imkanı təmin edilib. 

Yeni versiyada vətəndaşlar, sığorta şirkətləri və digər maraqlı tərəflər üçün vacib məlumatlar sistemləşdirilib, icbari sığorta növləri, sığorta hadisələri zamanı atılacaq addımlar və prosedur qaydaları, tpl.az platforması, Yaşıl Kart sistemi barədə məlumatlar təqdim olunur. Saytda sığorta növləri üzrə statistik məlumatlar da yerləşdirilib və mütəmadi olaraq yenilənir.

İSB-nin informasiya sistemində “Şəxsi kabinet”in dizaynı yenilənib, funksionallığı daha da artırılıb. Saytda 4 yeni elektron xidmət istifadəyə verilib. İstifadəçilər bonus-malus əmsalı, sığorta tarixçəsi, radar cərimələri, sığorta hadisəsi üzrə müstəqil ekspertin təyin olunması və digər məsələlərlə bağlı müraciətlərini elektron qaydada təqdim edə bilərlər. 

Sığorta müqavilələrinin yoxlanılması üçün istifadə olunan www.yoxla.isb.az, www.services.isb.az www.greencard.isb.az  linkləri yeni saytın strukturuna uyğunlaşdırılıb. Artıq bu linklər vasitəsilə istifadəçilər sığorta müqavilələrinin statusunu yenilənmiş interfeys üzərindən rahat şəkildə yoxlaya bilirlər.

Əlilliyi olan şəxslərin internet informasiya resursundan istifadəsini təmin etmək məqsədilə sayta “Müyəssərlik menyüsü” da əlavə edilib. Menyü vasitəsilə şrift ölçüsünün tənzimlənməsi, kontrast rejimlərinin tətbiqi, məzmunun böyüdülməsi, klaviatura ilə naviqasiya və animasiyalı elementlərin deaktiv edilməsi mümkündür.

İSB-nin fəaliyyəti, sığorta sektorunda baş verən yeniliklər və nailiyyətlər, qanunvericilikdə dəyişikliklər, maarifləndirici tədbirlər, tez-tez verilən suallar  və digər aktual məlumatlar sayt vasitəsilə operativ şəkildə ictimaiyyətə çatdırılır.

İcbari Sığorta Bürosu İSB İSB internet səhifəsi isb.az yenilənmiş veb sayt yeni dizayn onlayn xidmətlər sığorta xidmətləri sığorta bazarı sığorta iştirakçıları vətəndaşlara xidmət informasiya əlçatanlığı müasir dizayn sayt naviqasiyası Azərbaycan dili ingilis dili icbari sığorta növləri sığorta hadisələri prosedur qaydalar tpl.az platforması Yaşıl Kart sistemi sığorta statistikası sığorta məlumatları şəxsi kabinet elektron xidmətlər bonus-malus əmsalı sığorta tarixçəsi radar cərimələri müstəqil ekspert təyini sığorta müqavilələrinin yoxlanılması yoxla.isb.az services.isb.az greencard.isb.az sığorta müqaviləsi statusu müyəssərlik menyüsü əlilliyi olan şəxslər üçün imkanlar kontrast rejimi şrift ölçüsü klaviatura naviqasiyası animasiyanın deaktiv edilməsi sığorta qanunvericiliyi maarifləndirici tədbirlər tez-tez verilən suallar ictimai məlumatlar.
21.01.2026 11:16

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18