Dünyanın ən çox qazanan futbol komandaları açıqlanıb
Dünya futbolunda ən çox gəlir əldə edən 20 klub ötən mövsüm gəlirlərini 11 faiz artıraraq 12,4 milyard avroya çatdırıb və bununla da rekord göstərici qeydə alınıb. Mövsümün ən çox qazanan klubları siyahısında “Real Madrid” 1,2 milyard avro gəlir ilə 1-ci yerdədir. Sigər bir İspaniya təmsilçisi “Barcelona” 974,8 milyon avro ilə 2-ci, Almaniya Bundesliqasından “Bayern Münhen” isə 860,6 milyon avro ilə 3-cü pillədə qərarlaşıb.İqtisadi məsləhətlər və audit şirkət Deloitte tərəfindən yayımlanan "2025 Futbol Pul Liqası" araşdırmasına görə, oyun günü gəlirləri (2,4 milyard avro), yayım gəlirləri (4,7 milyard avro) və kommersiya gəlirləri (5,3 milyard avro) rekord səviyyəyə yüksəlib. Kommersiya gəlirləri isə 5 milyard avronu aşan ilk gəlir kateqoriyası olub.
İspaniya təmsilçisi “Real Madrid”, 2023–2024 mövsümündə əldə etdiyi gəlirlə illik 1 milyard avro həddini keçən ilk klub olduqdan sonra, bu mövsüm də 11 faiz artımla təxminən 1,2 milyard avro gəlir əldə edib.
“Real Madrid” ardıcıl iki il 1 milyard avrodan çox gəlir əldə edən yeganə futbol klubu ünvanını qoruyub. Klubun oyun günü gəlirlərində 6 faizlik azalma qeydə alınsa da, məhsul satışları və yeni kommersiya tərəfdaşları hesabına kommersiya gəlirlərində 23 faizlik artım baş verib.
Ən çox qazanan klublar
Mövsümün ən çox gəlir əldə edən klubları siyahısında digər bir İspaniya təmsilçisi “Barcelona” 974,8 milyon avro ilə ikinci, Almaniya Bundesliqasından “Bayern Münhen” isə 860,6 milyon avro ilə üçüncü sırada yer alıb.
Klubların gəlir siyahısı (avro ilə)
Real Madrid – 1 milyard 161 milyon € avro
Barcelona – 974,8 milyon avro
Bayern Münhen – 860,6 milyon avro
Paris Saint-Germain – 837 milyon avro
Liverpool – 836,1 milyon avro
Manchester City – 829,3 milyon avro
Arsenal – 821,7 milyon avro
Manchester United – 793,1 milyon avro
Tottenham – 672,6 milyon avro
Chelsea – 584,1 milyon avro
Inter – 537,5 milyon avro
Borussia Dortmund – 531,3 milyon avro
Atletico Madrid – 454,5 milyon avro
Aston Villa – 450,2 milyon avro
Milan – 410,4 milyon avro
Juventus – 401,7 milyon avro
Newcastle United – 398,4 milyon avro
Stuttgart – 296,3 milyon avro
Benfica – 283,4 milyon avro
West Ham United – 276 milyon avro
İlk 20-də yer alan klubların liqa və ölkə üzrə bölgüsü
Premier Liqa (İngiltərə) – 9 klub
LaLiga (İspaniya) – 3 klub
Bundesliqa (Almaniya) – 3 klub
Serie A (İtaliya) – 3 klub
Ligue 1 (Fransa) – 1 klub
Primeira Liqa (Portuqaliya) – 1 klub
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
13 d. əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
- 17 d. əvvəl
-
34 d. əvvəl
"Maya dəyəri 4–5 dollar olan telefonlar mağazalarda 60–70 manata təklif olunur"
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılmasına dəstək verəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO
Ən çox oxunanlar
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb
Rəsmi məzənnələr açıqlanıb
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir
Qızıl və gümüş kəskin ucuzlaşıb
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb





















