Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qazaxıstanın aviadaşıyıcısı Bakı – Aktau – Bakı üzrə birbaşa reyslərə aviabiletlərin satışına başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstanın aviadaşıyıcısı Bakı – Aktau – Bakı üzrə birbaşa reyslərə aviabiletlərin satışına başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qazaxıstanın loukoster aviadaşıyıcısı FlyArystan 2026-cı ilin yay naviqasiya mövsümü dövrü üçün Bakı – Aktau – Bakı marşrutu üzrə birbaşa reyslərə aviabiletlərin satışına başladığını elan edib.

Maja.az şikətə istinadən xəbə veir ki, uçuşlar 1 aprel – 23 oktyabr 2026-cı il tarixləri arasında həftədə iki dəfə — çərşənbə və cümə günləri həyata keçiriləcək. Bakıdan uçuşlar səhər və günorta saatlarında planlaşdırılıb ki, bu da sərnişinlərə səfərləri rahat planlaşdırmaq imkanı yaradır.

Reklam_3_11

Çərşənbə günləri reys Bakıdan saat 08:45-də yola düşür və yerli vaxtla saat 10:45-də Aktauya çatır. Cümə günləri isə Bakıdan uçuş saat 16:10-da həyata keçirilir və Aktauya saat 18:10-da eniş edir.

Aktau Qərbi Qazaxıstanın əsas şəhərlərindən biridir və Xəzər dənizi sahilində yerləşir. Bu istiqamət həm turistik səfərlər, həm də işgüzar ziyarətlər üçün əlverişlidir, həmçinin sərnişinlərə Aktau şəhərindən FlyArystan-ın daxili reysləri vasitəsilə Qazaxıstanın digər şəhərlərinə səyahəti davam etdirmək imkanı yaradır.

Bakı – Aktau – Bakı reyslərinə, eləcə də digər beynəlxalq və daxili istiqamətlərə aviabiletləri aviaşirkətin rəsmi saytında, FlyArystan mobil tətbiqində və digər satış kanalları vasitəsilə bron etmək mümkündür.

FlyArystan Qazaxıstanın loukoster aviadaşıyıcısıdır və Air Astana şirkətlər qrupunun 100% törəmə şirkətidir. Fəaliyyətinə 2019-cu ilin may ayında başlayıb. Aviadaşıyıcı geniş marşrut şəbəkəsi üzrə uçuşlar həyata keçirir və Almatı, Astana və Aktau bazalarında yerləşən müasir Airbus A320 tipli təyyarələrdən ibarət avioparka malikdir. FlyArystan-ın marşrut şəbəkəsinə daxili və beynəlxalq reyslər, eləcə də çarter istiqamətləri daxildir. FlyArystan 2023, 2024 və 2025-ci illərdə Skytrax World Airline Awards mükafatlarında Mərkəzi Asiya və MDB regionunun ən yaxşı büdcə aviadaşıyıcısı seçilib.

FlyArystan Qazaxıstan-loukoster-aviadaşıyıcısı Bakı-Aktau-Bakı aviabiletlərin-satışı yay-naviqasiya-mövsümü-2026 birbaşa-reyslər 1-aprel-2026 23-oktyabr-2026 həftədə-iki-dəfə çərşənbə-reysi cümə-reysi Bakıdan-uçuşlar səhər-uçuşu günorta-uçuşu 08:45-uçuşu 10:45-Aktauya-çatış 16:10-uçuşu 18:10-Aktauya-eniş Aktau-şəhəri Xəzər-dənizi-sahili turistik-səfərlər işgüzar-səfərlər daxili-reyslər Qazaxıstan-şəhərləri aviabilet-bronlaşdırılması rəsmi-sayt mobil-tətbiq satış-kanalları Air-Astana-qrupu 100%-törəmə-şirkət 2019-cu-il-fəaliyyətə-başlayıb Airbus-A320 aviopark Almatı-bazası Astana-bazası Aktau-bazası daxili-reyslər beynəlxalq-reyslər çarter-istiqamətləri Skytrax-World-Airline-Awards ən-yaxşı-büdcə-aviadaşıyıcısı Mərkəzi-Asiya MD-B-regionu 2023-mükafatı 2024-mükafatı 2025-mükafatı
04.02.2026 13:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18