Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır

Mərkəzi Bankda “Aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasında Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9-un tətbiqi üzrə Metodoloji Rəhbərlik” tələblərinə dair görüşlər keçirilib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 23 dekabr 2025-ci il tarixində banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının 9-cu Standartına (MHBS 9) uyğunlaşdırılması məqsədilə “Aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasında MHBS 9-un tətbiqi üzrə Metodoloji Rəhbərlik” (Metodoloji Rəhbərlik) təsdiqlənib.

Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir ki,  “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icrası üzrə təsdiqlənən Metodoloji Rəhbərliyin tətbiqi MHBS standartlarının prudensial tənzimləmə və hesabatlılığına inteqrasiyasında ilk addımlardan biridir. Metodoloji Rəhbərliyin tətbiqi prudensial tənzimləmənin qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğunu təmin etməklə yanaşı, bank sistemində hesabatlılıq və şəffaflığın, o cümlədən beynəlxalq müstəvidə banklar arasında müqayisəliliyin aparılmasına xidmət edəcəkdir.

Reklam_3_11

Metodoloji Rəhbərlikdə banklarda aktivlərin prudensial nəzarət məqsədləri üçün MHBS 9-a uyğun təsnifləşdirilməsi, habelə müvafiq ehtiyatların yaradılmasına vahid yanaşmanın tətbiqi nəzərdə tutulur. 2026-cı ildən etibarən banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması həm MHBS 9, həm də mövcud prudensial tələblər əsasında paralel aparılacaqdır.

Banklara zəruri metodoloji dəstəyin göstərilməsi və Metodoloji Rəhbərliyin tətbiqi ilə bağlı bankları maraqlandıran suallara aydınlığın gətirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən MHBS 9 hesabatlarının hazırlanması üzrə məsul olacaq bank mütəxəssisləri ilə görüşlər keçirilib, praktik məsələlərin ətraflı müzakirəsi aparılıb.

Metodoloji Rəhbərlik sənədini nəzərdən keçirmək üçün bu linkə daxil olun:

https://uploads.cbar.az/assets/93968292987fc27975a90fcfd.pdf

 

25.02.2026 12:09

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18